Sabiq deputatdan icra başçısının müğənninin dalyıca düşməsinə sərt reaksiya: "Allahın Kim Kardaşyanı..." - "Bu, nə bambıllıqdı?!"

img

03-01-2026 [12:31]


"Düzü, əvvəlcə elə bildim Ajda Pekkandı, Bakıya gəlib, mənim xəbərim yox. Sonra gördüm ki, yox, bizim Röya imiş. Daha sonrasa elə bildim ki, yəqin Röya hansısa uşaq evinə, ponsionata gedib. Çünki əynində idman geyimi, ayağında krassovka var idi. Amma sən demə yenə də yanılmışam: Röya, Xətai İcra Hakimiyyətinə təşrif buyurubmuş. İcra başcısı onu həyətdə gül dəstəsi ilə qarşılayır, daha sonrasa müavinləri ilə böyrünə düşüb onu müşaiyət edir. Nə deyim Vallah."

Mia.az xəbər veirr ki, bu sözləri sabiq deputat Etibar Hüseynov sosial media hesabında yazıb.

O, icra başçısı Rafiq Quliyev və rayon deputatlarının müğənnini ali dövlət rəsmisi kimi qarşılamaları və arxasınca sürünərək ona məruzə ilə məlumat vermələrinə sərt mövqeyini belə davam etdirib: "Bircə onu bilirəm ki, Allahın Kim Kardaşyanı Paşinyanın görüşünə gedəndə daha rəsmi geyinmişdi. Və Allahın Paşınyanı da onu qəbul otağında 10 dəqiqə gözlətmişdi. İndi bu, nə düşüklükdü, bu, nə bambıllıqdı?! Bu əbləhlər qəbuluna gələn Qaziləri, Şəhid ailələrini heç İH binasının içərisinə girməyə imkan vermirlər e. O da qala aşağıya düşüb pişvazına çıxmaq..."

Samir MUSAYEV

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA