ABŞ BU ÖLKƏNİ BOMBALAYIB: Prezident sarayı, müdafiə nazirinin evi, hərbi və neft zavodları... (YENLƏNİB)

img

03-01-2026 [13:08]


“ABŞ Venesuelada parlament binasına zərbə endirib”.

Mia.az xəbər verr ki, bununla yanaşı, bir neçə mühim dövlət binaları da vurulub.

***

ABŞ Venesuelaya təcavüz edib.

Mia.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, bu səbəbdən ölkədə  fövqəladə vəziyyət elan olunub: dib."Bu hücumun məqsədi ölkənin siyasi müstəqilliyini zorakılıqla sarsıtmaq məqsədilə Venesuelanın strateji ehtiyatlarını, xüsusən də neft və faydalı qazıntılarını ələ keçirməkdir. Onlar buna nail ola bilməyəcəklər. İki əsrdən çox müstəqillikdən sonra xalq və onun qanuni hökuməti öz suverenliyini, müqəddəratını təyin etmək üçün fikrində qətiyyətlidir”

***

Venesuela Prezidenti Nikolas Maduro Venesuelaya hücumla əlaqədar fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərman imzalayıb.

***

ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisindəki hərbi obyektlər də daxil olmaqla hədəflərə zərbələr endirmək barədə əmr verib.

Bu barədə "CBS News"un jurnalisti Cennifer Ceykobs "X" hesabında yazıb.

"Amerikalı rəsmilər bildiriblər ki, Prezident Tramp Venesuela ərazisindəki obyektlərə, o cümlədən hərbi obyektlərə zərbələr endirməyi əmr edib. Bununla yanaşı, ABŞ administrasiyası şənbə günü səhər Prezident Nikolas Maduronun rejiminə qarşı kampaniyanı gücləndirib", - o yazıb.

***

Kolumbiya Prezidenti Qustavo Petro Venesueladakı vəziyyətlə bağlı BMT və Amerika Dövlətləri Təşkilatının təcili iclasının keçirilməsinə çağırış edib.

"İndi Karakası bombalayırlar. Onlar Venesuelaya hücum ediblər. Raketlərlə bombalayırlar. Amerika Dövlətləri Təşkilatı və BMT dərhal iclas çağırmalıdır", - o bildirib.

"Dünəndən etibarən Kolumbiya BMT Təhlükəsizlik Şurasının üzvüdür və dərhal iclas çağırmalıdır. Venesuelaya qarşı təcavüzün beynəlxalq legitimliyi müəyyən edlməlidir", - o qeyd edib.

Xarici mətbuatın məlumatına görə, Venesuela silahlı qüvvələri prezidentin iqamətgahı ərazisinə zirehli texnika çıxarıb.

Məlumatlara əsasən, Karakasa hücumlar nəticəsində Venesuelanın müdafiə nazirinin evi və paytaxtdakı liman atəşə tutulub. Həmçinin İquerote mülki hava limanına da hücum edildiyi bildirilir.

Qeyd edilir ki, Venesuela paytaxtında ən azı yeddi partlayış baş verib.

***

Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub.

Bu barədə "A Haber" AFP agentliyinə istinadən bildirib.

"Karakasda silsilə partlayışlar olub. Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub", - məlumatda deyilib.

Telekanal yerli mediaya istinadən qeyd edib ki, ABŞ Venesuelaya hava və dənizdən genişmiqyaslı hücuma başlayıb. Yüzlərlə qanadlı raket paytaxtdakı hədəfləri vurub.

"Associated Press" agentliyinin məlumatına görə, Karakasda 7 partlayışın olduğu bildirilib və alçaqdan uçan təyyarələr qeydə alınıb. Bəzi sakinlər küçələrə qaçıb.

Venesuela hakimiyyəti partlayışların səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA