DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə təsdiqləyici cavab verdi, şirkət isə...(VİDEO) - Yenilənib
01-01-2026 [23:08]
Deputat Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abşeron” tikinti şirkətinin icraçı direktoru Məhayət Nəbiyev “Pişik” ləqəbli müğənni Günel Ələkbərovaya MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin tamamını hədiyyə etməsi barədə xəbər cəmiyyətdə maraqla qarşılanıb.
Mia.az xəbər verir ki, müğənniyə binanın bir mərtəbəsinin niyə peşkəş olunmasının sirri bəlli deyil.
Maraqlı budur ki, şirkət bu barədə müxtəlif saytlarda tirajlanan xəbərləri nə təsdiq, nə təkzib edib. Qarşılığında isə xəbərlər bir çox saytlardan silinib.
Düzdür, “Kristal Abşeron” şirkətinin marketinq şöbəsindən Rəşad Qurbanov jurnalistlərin bu yöndəki sualına cavabda deyib ki, "müştərilərin məxfi məlumatları barədə heç bir açıqlama verə bilməzlər".
Müğənni Günel Ələkbərova isə əvvəl bu barədə suala cavab verməkdən yayınsa da, sonradan yayılan iddianı efirdə dolayısı ilə təsdiqləyib. O, hətta iddia edib ki, bu hədiyyə ona sənətinə görə verilib.
Müğənninin həmin açıqlamasını aşağıdakı videodan dinləyə bilərsiniz:
Xatırladaq ki, mətbuatda A,Vəliyevin böyük biznes şəbəkəsinin olması və “Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Həmçinin iddiaya görə İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi -10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.
Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin daxilində kiçik hostel və özəl bağça fəaliyyət göstərir. Bu da P.Vəliyevin özünün nəzarətindədir.
Deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan “Kristal Abşeron” tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur.
***
Maraqlıdır ki, şirkət müğənninin dolayı təsdiqlədiyi xəbəri təkzib etməyə, hətta medianı hədələməyə can atıb.
Şirkətin açıqlamasında deyilir ki, “Kristal” şirkəti tərəfindən Xırdalan layihəsində inşa edilən binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı yayılan iddialar tamamilə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterlidir:
"Ümumiyyətlə “Kristal” şirkəti tərəfindən Günel adlı şəxsə hər hansı mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilib, nə də satılıb: "Adı çəkilən şəxs şirkət tərəfindən inşa edilən Biləcəri layihəsində yerləşən, lakin şirkət tərəfindən əvvəlcədən satılmış bir mənzili birbaşa “Kristal” şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə edib. Bu əməliyyat şirkətimizdən kənar, tamamilə mülki-hüquqi əsaslarla həyata keçirilmişdir. Bu kimi uydurma və sensasiya xarakterli xəbərlərin yayılması şirkətimizin işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, eyni zamanda Azərbaycanın ailə dəyərlərinə, xalqımızın mədəni-mənəvi irsinə və cəmiyyətimizdə formalaşmış etik normalara ziddir. “Kristal” şirkəti bu cür qeyri-etik, böhtan xarakterli və ictimai rəyə mənfi təsir göstərən məlumatların yayılmasını qətiyyətlə qınayır və media nümayəndələrini peşə etikası prinsiplərinə, obyektivliyə və məsuliyyətə riayət etməyə çağırır. Bu kimi məlumatların yayımının dərhal dayandırılmasını, artıq dərc olunmuş materiallara münasibətdə təkzib və müvafiq düzəlişlərin verilməsini tələb edirik. Əks halda, şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır".
F.Səfərli
MİA.AZ
Azərbaycanın 25 milyarddan çox borcu var
Leyla Əliyeva Omanda - FOTOLAR
MART AYINDA 17 GÜN İŞ OLMAYACAQ
"Sahil Babayev Saleh Məmmədova güzəşt etmək fikrində deyil" - AAYDA-da təftiş başlayıb?
“Araz-Naxçıvan”ın baş məşqçisinə köməkçilər təyin edilib
Ərdoğan: "Türkiyənin F-35 proqramına qayıtması..." - "Bizim üçün vacib olan etibarın qorunmasıdır"
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyədə maaş və pensiya artdı - Bu qədər
İstanbulda daha bir aktyor saxlanıldı - Narkotik ittihamı ilə
Ərəstun Oruclunun məhkəməsi: baxış təyin olundu
Marneuli bazarında azərbaycanlı ata və oğlu güllələndi - Biri ölüb, digərinin isə... (VİDEO, FOTO) - Yenilənib
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilir
Bakı Fond Birjasının sədrinə müşavir təyin olunub
Xaçmazda iki il əvvəl törədilmiş qətlin üstü açılıb - İtkin düşmüş 38 yaşlı şəxsi güllələyiblərmiş
Maduronu qoruyan 32 kubalı hərbçi öldürülüb - Vitse-prezident Trampa "savaş deyil, əməkdaşlıq istəyirik" mesajı verdi
Bakının mərkəzində məktəbli belə vuruldu: azyaşlı can dərdində, sürücü isə... - VİDEO (Yenilənib)
Azərbaycanda siqaretlərin qiyməti bahalaşdı - SİYAHI
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Vəzifəli şəxsin meyiti qardaşının evində aşkarlanıb
MADURO və ARVADI BU GÜN HAKİM QARŞISINA ÇIXARILACAQ - 4 maddə ilə ittiham olunurlar
İsrail Livanda Hizbullah rəsmilərini dronla vurub
Tramp Çinə səfərə hazırlaşır - Açıqlama
Tramp: "Açığı, bu hücumun baş verdiyinə inanmıram"
"Temu" Azərbaycanda bloklanacaq? - Açıqlama + Etiraz doğuran FOTOLAR
Delsi Rodrigez ABŞ liderinə boyun əydi: "Bura bizim ərazimizdir" - Tramp daha iki ölkəni əməliyyatla hədələdi
"Porto" yenə qələbə qazandı
Yunanıstanda 90 uçuş təxirə salındı - Texniki problem yaranıb
Nigeriyada qayıq batdı - 25 nəfər ölüb,14 nəfər itkin düşüb
Türkiyədə göl belə donub - Mənfi 14 dərəcə şaxtada + FOTOLAR
"Qalatasaray" 27 yaşlı yarımmüdafiəçi ilə vidalaşdı - Açıqlama
"Deputatın "Pişik Günel"ə bağışladığı dubleks mənzil və ya "Mandalin baxçası" filmi..." - Sabiq icra başçısı yazır
Rəsmi Pekin: "Maduronu dərhal sərbəst buraxın!"
Ərdoğan Səudiyyə Ərəbistanı vəliəhdi ilə müzakirə aparıb: "Əməkdaşlığı daha da dərinləşdirmək istəyirik"
Qəzzada daha 3 nəfər həlak olub - Yaralılar var
TRAMP ONA MEYDAN OXUYAN MÜVƏQQƏTİ PREZİDENTİ TƏHDİD ETDİ: "Səni də götürdərəm, daha ağır bədəl ödəyərsən!"
"Liverpul" son saniyədə qələbəni əldən verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Venesuelanın müvəqqəti prezidenti: "Biz müstəmləkə olmayacağıq"
Gecikmiş qisas və ya klanların “taxt oyunları”...
İdman geyimində, çəkələkdə, əlləri və ayaqları qandallı, gözü qapalı... - Maduro axsaq halda Nyu-Yorka gətirildi (VİDEO)
Maduronun vəzifəsini kim icra edir? - Qərar verildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR