Papadan dünyaya çağırış: "24 saatlıq atəşkəs elan edin!" - "Məni həqiqətən kədərləndirən hallardan biri Rusiyanın..."

Papadan dünyaya çağırış: "24 saatlıq atəşkəs elan edin!" - "Məni həqiqətən kədərləndirən hallardan biri Rusiyanın..."

GÜNDƏM

24.12.2025, 10:41

Vatikan dövlətinin başçısı Papa XIV Leo Yeni il bayramı ilə bağlı dünyaya mürraciət ünvanlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Milad bayramında bütün dünyada, xüsusən də Rusiya-Ukrayna müharibəsində 24 saatlıq atəşkəs elan etməyə çağırıb.

Papa Roma yaxınlığındakı Kastel Qandolfodakı iqamətgahından jurnalistlərə açıqlamasında Rusiyaya xüsusi yer ayırıb: "Məni həqiqətən kədərləndirən hallardan biri Rusiyanın Milad atəşkəsinə riayət etməkdən imtina etməsidir. Bir daha bütün xoşməramlı insanlara müraciət edirəm: heç olmasa İsanın doğumunu qeyd edən bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəs elan edilsin."

Lamiyə

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR