"İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil" - Ekspert nazir müavininin deputatların qarşısındakı çıxışına belə şərh verdi

img

22-12-2025 [11:38]


Kənd təsərrüfatı nazirinin müavin İlhamə Qədimovanın Milli Məclisdəki çıxışı birmınalı qarşılanmayıb.

Mia.az-ın məlumatına görə, nazir müavini deputatlar qarşısında bildirib ki, kənd təsərrüfatı sahəsində kadrlar tapa bilmirlər: “Bildiyimiz kimi, yaşlanan kadrların sıradan çıxması ilə bizdə bir açıq yaranır. Açıq isə, ali təhsilin müddətini nəzərə alsaq, bir ilə qapana bilmir. Yəni, dörd illik ali təhsilə çoxlu tələbə gəlməlidir ki, siz o açığı bağlayasınız və bu bilirsiniz ki, qeyri-mümkündür”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Gununsesi.info-ya nazir müavininin dedikləriniu şərh edib.

Vahid Məhərrəmovun sözlərinə görə, İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil: “O, ixtisasca hüquqşünasdır. Nazirliyin yeni komandası 7 ildir ki, çalışır. Mənə maraqlı olan budur ki, bu sözləri deyərkən deputatlardan kimsə reaksiya verməyib.

Biri qalxıb deməyib ki, 7 ildə minlərlə mütəxəssislər hazırlamaq olardı, niyə hazırlamamısınız, yaxud, bu 7 ildə konkret olaraq nə işlə məşğul olmusunuz? Kənd təsərrüfatında naşı olsalar da, sözlə manipulyasiya etməyi, vəziyyətdən çıxmağı, gözə kül üfürməyi yaxşı bacarırlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA