Sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq - Türkiyədən

img

15-12-2025 [19:22]


Bir neçə gün öncə Türkiyədə saxlanılan sabiq deputat Gültəkin Hacıbəyli deportasiya olunacaq.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib.

G.Hacıbəyli isə bu qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini deyib.

Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaqa çağırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 15.12.2025

Qəzzada itkilər artıb

15:42 15.12.2025

Burak Yılmaz istefa verdi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA