Sabah yağış yağacaq

img

12-12-2025 [12:47]


Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 12.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA