Qazax şairinin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib - FOTOLAR
MƏDƏNİYYƏT
08.12.2025, 22:09
Qardaş Qazaxıstanın yeni nəsil şairlərindən Sayat Kamşıgerin “Qarabağ” adlı poeması beynəlxalq səviyyədə yüksək dəyərləndirilib.
Mia.az xəbər verir ki, əsər Beynəlxalq PEN Klubunun (PEN (Poets, Essayists, Novelists) International Club) “İlin ən yaxşı kitabı” mükafatına layiq görülüb.
Mükafat ötən həftə sonu Avstraliyanın Sidney Opera Evində keçirilən möhtəşəm törəndə təqdim edilib.
“Qarabağ” poeması bu ilin martında Azərbaycanda gün üzü görüb (“CN-Poliqraf”; ISBN: 978-9952-013-79-5) və Qazaxıstanda geniş ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) ortaq layihəsi olaraq ərsəyə gələn kitab — Xəzərin o tayından gələn poetik səda, Qazax-Azərbaycan ədəbi-mədəni bağlarının daha bir möhkəm halqasına çevrilib.
Poemanın Azərbaycan dilinə uyğunlaşdırılmasını tanınmış şair-publisist Elşən Əzim, redaktəsini Prof. Dr. Rəsmiyyə Sabir həyata keçirib.
Layihənin rəhbəri — Uluslararası “Alaş” Ədəbi Mükafatının laureatı Əkbər Qoşalı, önsöz müəllifi RHİMİB sədri Arzu Bağırova, rəyçilər İntiqam Yaşar və Tariyel Əhmədov, koordinatorlar Nilufər Lətif və Etibar Muradxanlı, dizayner isə Cəsarət Qasımovdur.
Əsər Azərbaycanın milli tarixini, Qarabağın qurtuluş yolunu, şəhidləri və Türk dünyasının birliyinə çağıran mənəvi düşüncələri poetik dillə ifadə edir. DGTYB fəxri üzvü Sayat Kamşıgerin Azərbaycana səfərindən sonra verdiyi vədə sadiq qalaraq qələmə aldığı “Qarabağ” bu gün həm Azərbaycan, həm də qazax oxucuları üçün dəyərli bir ədəbi hadisəyə çevrilib.
Beləliklə, Azərbaycan–Qazaxıstan qardaşlığının poetik sədası dünyaya yayılmağa davam edir.
Sözügedən beynəlxalq mükafat “Qarabağ” əsərinin yalnız iki qardaş xalq arasında deyil, bütövlükdə Türk dünyası ədəbiyyatı və mədəniyyətinin qlobal səviyyədə tanınmasına xidmət etdiyini bir daha təsdiqlədi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
Bugün, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Bugün, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
Bugün, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Bugün, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
Bugün, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
Bugün, 13:16 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyasında yeni hakimlər təltif olunub
Bugün, 13:10 CƏMİYYƏT
-
İran ordusu: "Bu günə qədər heç bir düşmən gəmisi Oman körfəzinə girməyə cəsarət etməyib"
Bugün, 13:00 DÜNYA
-
ONLARA "TƏRƏQQİ" MEDALI VERİLDİ - Sərəncam
Bugün, 12:46 GÜNDƏM
-
Prezident İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib - FOTOLAR
Bugün, 12:43 GÜNDƏM
-
sabahın hava proqnozu açıqlandı
Bugün, 12:43 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Bugün, 12:37 GÜNDƏM
-
“Peton Holding”in sahibini şantaj edənlərin məhkəməsi davam edir
Bugün, 12:18 KRİMİNAL
-
Rəşad Məcid şura sədrliyindən getdi, yerinə dekan gəldi - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 12:09 PRESS
-
Zahid Oruc Milli Məclisdə: ”Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz”
Bugün, 11:51 SİYASƏT
-
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir - Yeni layihə qəbul edildi
Bugün, 11:38 İQTİSADİYYAT
-
Dövlət qulluğuna işəqəbul, qulluq stajı, ixtisas dərəcələri, sınaq müddəti... - "Dövlət qulluğu haqqında" Qanun dəyişir
Bugün, 11:31 GÜNDƏM
-
Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qaydalar dəyişir - NƏLƏR OLACAQ?
Bugün, 11:14 İQTİSADİYYAT
-
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb
Bugün, 11:09 GÜNDƏM
-
Tramp Zelenskiyə sərt mesaj verdi: "Bu, rüsvayçılıqdır! Vurulacaq çoxlu başqa yer var" - "Səndənsə, Putinlə işləmək daha asan və yaxşıdır"
Bugün, 10:59 GÜNDƏM
-
Milli Məclisin deputatı 9 dəfə yol hərəkəti qaydasını pozub - İş məhkəməyə qədər uzanıb
Bugün, 10:50 CƏMİYYƏT
-
3 mindən 30 mindək toya gedən müğənnilər nə qədər vergi ödəyir? - Açıqlama
Bugün, 10:31 MƏDƏNİYYƏT
-
Jurnalistlər Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Bugün, 10:27 PRESS
-
Təhsil eksperti Kamran Əsədovun məhkəməsi yenə təxirə salındı
Bugün, 10:16 CƏMİYYƏT
-
Azərbaycan nefti 5 dollar endi - Qara qızıl neçəyə satılır?
Bugün, 10:00 İQTİSADİYYAT
-
DAHA BİR DÖVLƏT QURUMUNDA STRUKUR İSLAHATI APARILACAQ
Bugün, 09:55 İQTİSADİYYAT
-
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs olunub
Bugün, 09:31 CƏMİYYƏT
-
Baş məşqçi istefaya göndərildi
Bugün, 09:00 İDMAN
-
Vlahoviç yoxdursa, Oh var! - "Beşiktaş" Avropada xarüqə yaradır
Bugün, 00:52 İDMAN
-
Türkiyə Prezidentnin keçmiş müşavirinin qızı saxlanıldı - Narkotiklə...
Bugün, 00:32 SİYASƏT
-
Kamal Kılıçdaroğlu Gürsel Tekinlə vidalaşdı - CHP-nin İstanbul təşkilatının sədri postuna başqası gətirildi
Bugün, 00:19 SİYASƏT
-
Odessada supermarket kamikaze dronla belə vuruldu - FOTO
Bugün, 00:12 DÜNYA
-
5000 qadınla yatdığı ilə öyünürdü, indi mühakimə olunur - Məşhur komediyaçı məhkəməyə çıxarıldı
Bugün, 00:11 MƏDƏNİYYƏT
-
"Samsunspor"da yeni məşqçi təyinatı olub
Bugün, 00:04 İDMAN