Ceyhun Bayramov Vyanada - Kaya Kallasla görüş olub

img

04-12-2025 [15:51]


Xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan–Aİ əməkdaşlığı gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli təmaslarda müşahidə olunan müsbət dinamikanı alqışlayıb və enerji təhlükəsizliyi, nəqliyyat və əlaqəlilik, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfi regional inkişaflar barədə məlumatlandırıb və Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyi təşviq etmək istiqamətində səyləri barədə geniş məlumat verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:38 04.12.2025

Zaqatalaya qar yağır

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA