Paşinyan Koçaryanla Sarqsyanı ələ saldı: "Məncə, onlar artıq çoxdan rəqib deyillər"

Paşinyan Koçaryanla Sarqsyanı ələ saldı: "Məncə, onlar artıq çoxdan rəqib deyillər"

SİYASƏT

03.12.2025, 19:41

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Robert Koçaryan və Serj Sarqsyan çoxdan onun siyasi rəqibləri olmaqdan çıxıblar və əvvəlki hakimiyyət haqqında müzakirələrin artıq mənası yoxdur.

O, bu barədə hökumətin sual-cavab sessiyasında danışıb.

Baş nazir qeyd edib ki, əvvəlki rəhbərlər haqqında bütün məlumatlar, o cümlədən Qarabağla bağlı məsələlər artıq səsləndirilib və bunları daha müzakirə etməyə ehtiyac yoxdur.

"Əgər əvvəllər müxalifət siyasi rəqib hesab oluna bilərdisə, indi onun Ermənistanın siyasi həyatındakı rolu minimaldır. Məncə, onlar artıq çoxdan rəqib deyillər", - deyə Paşinyan vurğulayıb/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR