Zahid Oruc: ”Hakimiyyət kimi, elmimiz də təmizləndikcə..." - ÇIXIŞ MƏTNİ
03-12-2025 [11:05]
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada çıxış edib.
Mia.az onun çıxışını olduğu kimi təqdim edir:
"Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün parlaq səlnaməsini, Zəfər ruhunu alimlərimizlə bölüşmək, qalibiyyətimizi gələcək elmi hədəflərimizə yönəltmək məqsədinə xidmət edirdi.
Dövlət başçısı savaşı elmlə qazandığımızı dünyaya nümayiş etdirdi. Həqiqətən, 90-cı illərdə məğlubiyyətimizin səbəblərindən biri də bütün sahələrdə olduğu kimi alimlərimizin də Ermənistanla müharibəyə qəfil yaxalanmaları idi. Onlar vahid qüvvəyə çevrilə bilməmişdilər. Elmi səfərbərlik yalnız Ulu öndərin hakimiyyətə qayıdışı ilə başlandı.
Heydər Əliyevin sovet dövründə Azərbaycan elminin formalaşması və inkişafındakı milsilsiz rolu onu təkrar hakimiyyətə gətirən qanunauyğunluq və sonrakı uğurların əsasını təşkil etdi. 1993-cü il sentyabrın 21-də Akademiyaya gələn lider ölkəmizin xaosdan çıxarılmasında bir zamanlar yetişdirdiyi alimlərə güvəndiyini göstərdi.
Ulu öndər elmi müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin özülü, iqtisadi və siyasi təhlükəsizliyin qarantı, düşmənlə savaşda güclü ordu sayırdı.
Sovetlərin iflasından sonra Azərbaycan elmi çox ağır vəziyyətə düşmüşdü. Elmi institutların zəifləməsi, alimlərin dövlət siyasətindən kənar düşməsi, strateji elmi biliklərin müdafiə sisteminə inteqrasiya edilməməsi məğlubiyyətimizdə az rol oynamadı.
Əvəzində ermənilər sovet dövründən qalan elmi-intellektual kadr şəbəkəsini daha çevik şəkildə istifadə etdilər. Fərqin simvolik nümunəsi kimi marşal Baqramyanın II Dünya müharibəsindən sonra İrəvandan yüzlərlə gənci hərbi məktəblərə yönəltməsi tarixi faktdır. Kadr potensialı və Kremlin himayəsi 90-cı illərdə ermənilər üçün həlledici üstünlüklər yaratdı. Vətən müharibəsindən sonra isə Ermənistan prezidenti, alim Armen Sarkisyan deyirdi:”biz elmi uğurlarımızı itirdik və Azərbaycana məğlub olduq”...
Son 30 illik dövlətçilik dövrü-elmin müdafiə qabiliyyətinə çevrilməsi, xüsusilə, tarix, hüquq və informasiya elmində gücümüzün artması ilə düşmənə təsirli zərbələr vuruldu.
Ulu öndərin siyasi kursunun və dövlətçilik fəlsəfəsinin varisi kimi İlham Əliyevin prezidentliyi dövründə elmin inkişafına konseptual baxış, yalnız bilik qazanmaq deyil, xalqımızın müharibəyə intellektual və ideya-siyasi cəhətdən hazırlanması, gənclərin xaricdə nüfuzlu ali məktəblərə göndərilməsi 1970-80-ci illərdəki siyasətin davamı idi.
Beləliklə, Prezidentin çıxışı Qələbəmizin yalnız hərbi əməliyyat meydanlarında deyil, həm də elmi-intellektual müstəvidə qazanıldığının nümayişi idi. İlham Əliyev Zəfərin həndəsi dillə desək, “üçölçülü fəzada” əldə olunduğunu göstərdi. Üç ölçü-yeraltı sərvətlər-iqtisadi və enerji ehtiyatlarının elmi idarəçiliyi, müasir neft-qaz texnologiyaları, geologiya və geofizika elmi, beynəlxalq enerji diplomatiyası ölkənin hərbi-siyasi qüvvəsinə çevrildi.
Yerüstü güc-insan kapitalı, mühəndislik və tətbiqi elmlər, Vətən müharibəsinin əsas dayağı olan yüksək hazırlıqlı zabit korpusu, coğrafi və relyef analizləri, kəşfiyyat sistemləri və ağıllı döyüş taktikaları əslində, elmi biliklərin orduya inteqrasiyası deməkdir.
Göylərdəki gücümüz isə, pilotsuz uçuş aparatları, raket sistemləri və texnoloji üstünlük oldu. Azərbaycan ordusunun son nəsil PUA sistemləri, ağıllı raket texnologiyaları, koordinasiya və hədəf seçmə alqoritmləri, radioelektron mübarizə vasitələri məhz milli mühəndislərin, analitik mütəxəssislərin, hərbi texnoloqların hazırlığı-elmi biliklərinin nəticəsi idi.
Prezidentin “müharibəni yalnız texnika deyil, Azərbaycan oğullarının zəkası qazandı” məntiqi də məhz həmin reallığı ifadə edir. Bir sözlə, Heydər Əliyevin elm siyasətinə dönüş, həm də Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, tariximizin dərindən öyrənilməsi və dilimizin coğrafiyasının, statusunun genişləndirilməsi prezidentin alimlərimiz qarşısında qoyduğu yeni vəzifələrdir.
Bəli, Elm milli təhlükəsizliyin ayrılmaz hissəsidir. 21-ci əsr dron və süni zəkanın hökmranlıq edəcəyi yüz ildir. “Gələcək ABŞ laboratoriyalarında yazılır” deyən amerikalı prezidentlər ölkəsinin gücünün əsas qaynağını göstərirlər.
Təəssüflər olsun ki, Vətən müharibəsindən sonrakı üç il Zəfərimizə elmi töhvələr vermək əvəzinə, işğal dövrünün təəssübkeşliyini çəkən, qalibiyyətə düşmən münasibəti göstərən, vassallıq və təəbəlik ruhu ilə başqa paytaxtlar qarşısında öhdəlik götürən keçmiş dönük rəhbərliyin əməlləri ilə yadda qaldı. O dövrdə AMEA adı qalmaqallı vəzifə təyinatları və daxili çəkişmələr, siyasi güc göstərişinə xarici dəstəkli cəhdlər, kəşfiyyat planlarının gerçəkləşməsi, nəhayət, ləyaqətli alimlərin ehtiyac duyduğu büdcə vəsaitlərinin talan edilməsi ünvanına çevrildi.
44 günlük müqəddəs savaşımızı beynəlxalq elmi platformalara çıxarmaq əvəzinə dövlətimizə edilən qəsdlər tam miqyası ilə indi üzə çıxır, imperiya həsrəti və xarici orduların əliylə hakimiyyət planları quran, “işğal partiyası” ilə ittifaqa girənlər mühakimə olunurlar. Hakimiyyət kimi, elmimiz də təmizləndikcə, milliləşdikcə suverenliyimiz güclənəcək. Lakin ölkəmizi qalibiyyət yolundan döndərmək mümkün deyil.
Bəli, 21-ci əsrin savaşını dahi Nizami 900 il əvvəl göstərib. Onun aforizmi xalqımızın elmə, biliyə verdiyi önəmin sübutudur.
Lakin mövcud dünya nizamının təməllərinin dağılması, yenisinin yaranmaması sosial-siyasi elmlər qarşısında çətin suallar qoyur. Demokratiyaların “içəridən” erroziyaya uğraması, sağçı və solçu populizmi, ekstremist və islamafob hərəkatların kəskin şəkildə artması faktdır. Beynəlxalq təhlükəsizlik böhranı, Qəzza fəlakəti fonunda Zəfərimizin legitimliyinin 8 avqustda Vaşintonda təsdiqlənməsi, tariximizdə ilk dəfə, “erməni məsələsi”nin dinc yolla coğrafiyamızdan kənara çıxması, Böyük qayıdışla doğma torpaqlarına dönən on minlərlə insanımız həm siyasi, həm də sosial elmlər üçün yeni qalib yüz ilə keçid yaradır.
Son onilliklərdə dövlətin elmlə bağlı siyasətinə dair qəbul edilən konsepsiya, qanun, proqram və qərarların önəmini vurğulamaqla yanaşı, onlardan yalnız birini-“2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da həqiqətlərin tanınması və hədəflərin düzgün qoyulmasını xüsüsi qeyd etmək istərdik. Sənəddə deyilir, sitat:” Elmi mühit müasir dövrün tələblərinə tam cavab vermir, gənc nəsildə xüsusən fundamental və tətbiqi elmlərə maraq azalıb, cəmiyyətdə elmin və alimin nüfuzu zəifləyib, elmi tədqiqat müəssisələrinin sayı 1998-ci ildə 105 olduğu halda, 2008-ci ildə 97-yə enib. Müxtəlif elm sahələrində 30 yaşadək və 30-40 yaş arasını təşkil edən gənclik yaş həddində olan elmlər namizədlərinin sayı orta səviyyədən də azdır... Elmlər doktorları və elmlər namizədlərinin yaş tərkibi..təhlükəli həddə çatan qocalma tendensiyasından xəbər verir... Elmi təşkilatların əsas fondlarındakı avadanlıqların yaşı 20 ildən artıqdır”.
Bir daha, bildiririk ki, sözügedən sətirlər ölkə başçısının imzaladğı mühüm dövlət proqramından iqtibasdır. Bəs son statistikalar necədir-biz indi Qələbəmizin növbəti hədəfləri üçün belə strategiya yazmışıqmı? Alimlərimizə yeni milli ideologiyanın formalaşmasında əsas qüvvə kimi çağırış edən ölkə rəhbərinin gözləntiləri doğrulubmu, yeni Zəfər Elmi konsepsiyası hazırlanıbmı?
Elmimizdən söz düşəndə maliyyələşmə ən çox müzakirə olunan mövzuya çevrilir, problemlərin səbəi kimi göstərilir, müqayisələr aparılır. Ərazi və əhalicə eyni olduğumuz Avstriyada 2024-cü ildə elm xərcləri 16 milyard avro, yəni, ÜDM-in 3.4 faizi olub və “tədqiqat intensivliyi” baxımından rekord göstəricidir. Ölkəmizdə son ÜDM-nin 0,3-0,5 faiz arasında elmə vəsait xərclənir. Ümumilikdə səciyyələndirilsə, elm büdcəsində illər üzrə müsbət dinamika mövcud olub. 2020-ci ildə elm xərclərinə 193 milyon ayrılıb, 2024-cü ildə 197 milyon manat vəsait nəzərdə tutulub. Bununla yanaşı, əvvəlki illərdə elmə ayrılan maliyyənin bir qisminin Elmin İnkişaf Fondu tərəfindən xərclənməyib geri qaytarılması da geniş müzakirə mövzusu olub. Lakin elmin inkişafında maddi-maliyyə məsələsini, insan və düzgün idarəçilk amilindən ayırıb mütləqləşdirməyin əsası yoxdur.
Narahatlıq doğuran daha bir hal-ölkədə qalaraq, beyin köçünə uğramaqdır. Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə keçirdiyi sosioloji tədqiqatın nəticələri deyilənləri təsdiqləyir. “Beyin köçü”, intellektual miqrasiya (39.7%), eləcə də kadr məsələləri və karyerada yüksəliş imkanları (38.9%), həmçinin, alimin imici (34.6%) də əsas problemlər sırasında qeyd edilib.
Elmi ideyalar-texnoloji inqilabın mühərrikidir. Azərbaycanda Harvard təhsilli məmurlar, yüksək ixtisaslı kadrlarımız var. Eyni zamanda, Səlcuk Bayraqdar kimi MTİ bitirən azərbaycanlının qayıdıb ölkəmizdə “MTİ mühiti” yaradacağına da inanırıq. Dünya şöhrətli Lütfi Zadə örnəyi, Google-da çalışan Tural Bədirxanlı, NASA-da işləyən azərbaycanlılar, ali təhsil sahəsində model kimi tanınan ADA Universitetimiz var. Texnofestin təşkili Prezidentin 100 minlərlə gənc üçün Bayraktarı simvol, ideal kimi görməsinin nəticəsidir. Onun üçün orta məktəblərdən-kompüter və informasiya texnologiyaların- dan başlamaq ən yaxşı yoldur.
Müqayisə üçün, 2021-ci ildə Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə çərçivə proqramı Horizon Europe-un fəaliyyətə başlamasından keçən dövrdə İspaniya qurumları R&D layihələri üçün 4 milyard avro əldə ediblər. İqtisadi inkişaf və məşğulluğun artımı elm və innovasiyaya ən böyük sərmayə qoyuluşu ilə üst-üstə düşür.
Ölkəmizdə müstəqillikdən sonra elmin idarəçiliyi üzrə nazirlik artıq mövcuddur. Cəmiyyət elmi tədqiqat institutları və universitelərdən Big Datalar, Süni intellekt, 5G texnologiyaları, dronlar, sosial robotlar və s.elmi inqilab xəbərləri, nailiyyətləri gözləyir.
Əlbəttə, uğurlar da inkar edilməzdir. 2024-cü ilin ilk 8 ayında azərbaycanlı alimlərin "Scopus" elmmetrik verilənlər bazasında dərc etdikləri məqalələrin sayı 1800-dən 2382-yə yüksəlib. Lakin 2017-ci ildə verilən rəsmi maraqlı açıqlama-fəlsəfə doktoru proqramını bitirənlərin 13 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə 11 faizi dissertasiyanı vaxtında müdafiə edə bilib, bəyanatının 2025-ci il üzrə göstəriciləri açıq mənbələrdə olsaydı, elmimizdə nəsillərarası varisliyi və elmlər doktoru hazırlığının hər ilə düşən sayını izləmək mümkün idi. Digər məqam, elmi tədqiqat təşkilatlarının 100-də 90-nın paytaxtda yerləşməsi elmi infrastrukturun qeyri-mütənasib paylanmasını göstərir.
Dünyada elmi tədqiqatların böyük hissəsi qrantlar hesabına aparılır, amma alimlərimiz qrant almaqda çətinlik çəkir. Səbəb elmi işlərin keyfiyyətinin beynəlxalq tələblərə tam cavab verməməsi və xarici dil biliyinin kifayət qədər olmamasıdır.
Tədqiqat institutlarında texniki baza, müasir laboratoriya, ya da arxiv/kitabxana təminatı, elmi işlərin mövzu seçimi, beynəlxalq elmi inteqrasiyanın zəifliyi, konseptual və ideoloji savaş-obyektivlik, yoxsa, “milli/ideoloji yanaşma” dilemması, yerli jurnalların sayı və əhatə dairəsinin genişlənməsi məsələləri də həllini gözləyir.
Yekunda bir daha vurğulayaq ki, Azərbaycan dövləti İsrailin müasir raketlərini müharibədə uğurla tətbiq edən, Zəfər qazanan tək ölkə kimi onun elm siyasətindən də yararlana bilər.
Elmdə də Zəfər qazanmaq ərazi bütövlüyümüz kimi ölkəmizə texnoloji suverenlik gətirəcəkdir.
İndi missiya şanlı ordumuzdan milli universitet və tədqiqat institutlarının, elm adamlarının üzərinə qoyulur.
Elmdə də gənc xüsusi təyinatlılar bilik Şuşasını qazanacaqlar!".
MİA.AZ
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL