"Mənim və ailəmin nə Naxçıvan şəhərində, nə Şərurda, nə də..." - Əli Həsənov daha bir iddianı yalanladı

img

25-11-2025 [09:50]


Prezidentin sabiq köməkçisi Əli Həsənov Şərurda şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada ona mənzil hədiyyə olunması barədə yayılan məlumatlara münasibət bildirib. 

Mia.az-ın məlumatına görə, Əli Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Mənim və ailəmin nə Naxçıvan şəhərində, nə Şərurda, nə də ki, Naxçıvanın başqa yerində, o cümlədən də adı keçən Şəhidlər binasında heç bir evim, yaxud mənzilim yoxdur. Doğulduğum kənddəki yeganə evimizdə böyük qardaşım yaşayır".

Xatırladaq ki, “Gündəlik Naxçıvan”ın yaydığı məlumata görə, Şərurda xeyli qazi evsiz qaldığı halda, prezidentin keçmiş köməkçisi Əli Həsənova şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada mənzil hədiyyə olunub.

Xəbərə görə, həmin binadakı əlavə iki mənzili isə yerli icra başçısı mənimsəyib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA