“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübələri ilə tanış olub - FOTOLAR
21-11-2025 [17:19]
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin Tədarük Zənciri direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli və Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı təcrübə artımı və beynəlxalq qabaqcıl praktikaların Şirkətlər Qrupu daxilində tətbiqi məqsədilə Böyük Britaniyaya işgüzar səfər ediblər.
Mia.az xəbər verir ki, səfər çərçivəsində rəhbər heyət Böyük Britaniyanın aparıcı distribusiya şirkətləri - Mançesterdə yerləşən James Hall & Co. LTD, Şimali İrlandiyanın Henderson Group, eləcə də Londonda fəaliyyət göstərən A.F. Blakemore şirkətlərinin müasir, avtomatlaşdırılmış, robotlaşdırılmış və yüksək texnoloji həlləri ilə seçilən logistik mərkəzlərini ziyarət edib.
Bu mərkəzlərdə tətbiq olunan qabaqcıl anbar idarəetmə sistemləri, robot texnologiyaları, məhsul yığımı və çeşidlənməsi üzrə avtomatlaşdırılmış proseslər, həmçinin təchizat zənciri üzrə rəqəmsal idarəetmə modelləri ilə yaxından tanış olunub. Görüşlər zamanı müasir logistika tendensiyaları, iş proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Səfərin əsas məqsədi "Veysəloğlu Distribusiya" tədarük zənciri əməliyyatlarının (tələb proqnozlaşdırılması, tədarük, anbar əməliyyatları, yerli və ölkəxarici nəqliyyat, logistika infrastrukturu və s.) beynəlxalq standartlara uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və ümumi səmərəliliyin artırılması istiqamətində yeni imkanların araşdırılması olub.
Veysəloğlu Şirkətlər Qrupu rəqabət qabiliyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması üçün müasir texnoloji həllərin tətbiqinə daim önəm verir. Böyük Britaniyaya təşkil olunan bu səfər də Şirkətlər Qrupunun fəaliyyətində innovativ yanaşmaların genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və dünya praktikasına inteqrasiya istiqamətində atılan mühüm addımlardan biridir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısını tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
Ağdərənin 4 kəndinə köç olub
Həkimin cinayət işi məhkəməyə göndərilib