Müşavirlə partiyanın sabiq sədri arasında savaş qızışdı: "Bu partiya "ailə marketdir" - "PA-da neçənci mərtəbəyə çıxmısan, kiminlə razılaşmısan, ayıbdır"
21-11-2025 [11:38]
Vəhdət Partiyasında Baş Məclisin sədri Tahir Kərimli və politoloq Cümşüd Nuriyev qalmaqal böyüyür.
Mia.az xəbər verir ki, partiya sədrinin müşaviri Cümşüd Nuriyevin sabiq sədr Tahir Kərimli haqda paylaşım edərək, onu ittiham etməsindən sonra birincinn partiyadan xaric olunması məsələsi gündəmə gətirilib.
Mia.az xəbər verir ki, Cümşüd Nuriyev isə nəinki geri çəkilib, əksinə, partiyanı "ailə marketi" adlandırmaqla savaşa açıq olduğunu nümayiş etdirib.
O, Pravda.az-a açıqlamasında deyib: “Vəhdət Partiyası mənim barəmdə bəyanat verirsə, gərək, Tahir Kərimli düşünərdi. Onun "Feysbuk" səhifəsində Qələbənin beş illiyi ilə bağlı çıxışı var. Mən həmin çıxışa cavab vermişəm. Tahir Kərimli qaziləri "şikəst" adlandırır. Bu adam on il parlamendə oturub. Qazilər şikəst deyil, onlar bədənlərinin əzalarını dövlət üçün fəda etmiş insanlardır. "Şikəst" adi şəraitdə zədə alan adamlara deyərlər. Tahir Kərimli deyir ki, Azərbaycanda əxlaqsızlıq var. On-on beş nəfərə görə bütöv bir Azərbaycanı əxlaqsızlıqda, ədalətsizlikdə, nankorluqda günahlandırmaq olmaz. Milləti bu qədər sevən idisə, on il parlamendə oturdu, niyə bu məsələləri orada qaldırmırdı? Beş il bundan əvvəl çalınan zəfər üçün bu gün sağlıq deyirsə və belə məsələləri gündəmə gətirirsə, kimsə ona cavab verməlidir də. Tahir Kərimli mənim dostumdur, yerlimdir, münasibətimiz yaxşıdır. Mən Vəhdət Partiyasında müşavirəm. Onların deməsinə nə verirlər ki?
Birincisi, bu qədər uzağa gedirlərsə, Partiya yoxdur. Bu, "ailə marketdir", partiya deyil. Bir partiyanın ki, Siyasi Şurasının üzvlərinin 60-70%-i bir ailəyə mənsubdur, hansı partiyadan söhbət gedir? Özlərini müxalifət kimi təqdim edirlər, amma üzdə başqa şeydir. Mənimlə bağlı bəyanat yaymırlar, nə yayırlar, yaysınlar, onlar heç mənim marağımda da deyillər. Söhbət Vəhdətdən gedirsə, milli birlikdən söhbət getməlidir. İdeyanın özünü də bu şəkildə gündəmə gətirirlərsə...
Mən demişəm ki, Azərbaycanın Zəfərindən bir haylar narahat olub, bir də bəzi adamlar. Necə olur, heç vaxt tapılmayan MNTK-lar bir günün içində yığılır? Çünki ailə MNTK-sıdır. Partiyanın adını "vəhdət" yox, elə "Tahir Kərimli Partiyası" qoyardılar. Onun qardaşları - bütün nəsli partiyada vəzifə tutub. Mən də tənqid etmişəm ki, bu partiya deyil. Adam bir az özünə baxar, etdiyi səhvlərə görə başqasını ittiham etməz. Mən onları ermənilərə tay tutmamışam. Şəhidlik zirvəsi birdir, bunun kasıbı, varlısı olmur. Tahir Kərimli isə deyir ki, kasıblar şəhiddir. Prezident Administrasiyasında işləyən dostum var. Onun oğlu Vətən Müharibəsi Qəhrəmanıdır. Şəhidlərin içində prokuror, alim oğlu var. Hətta Bakı şəhər prokurorunun oğlu belə Vətən Müharibəsi Qəhrəmanıdır. Qohumlarım arasında nə qədər övladı şəhid olanlar var. Onlar çox etiraz etdilər ki, bu nədir, Tahir Kərimli niyə belə çıxış edir. Mən də onların fikrinə əsasən Tahir Kərimliyə etirazımı bildirdim. Fikirlərimi Vəhdət Partiyasının "Votsap" qrupuna yazmışdım. "Feysbuk"da da ona cavab vermişdin. Mən nə Tahir Kərimliyə, nə də heç kimə tabe deyiləm. Məni Partiyanın sədri dəvət edib. Sədrin əmri var və Vəhdət Partiyasının "Votsap" qrupunda çap olunub. Nə deyirlərsə, məni o qədər də maraqlandırmır. Sənə kim ixtiyar verib ki, şəhidləri qruplaşdırasan, təsnifatını aparasan, qazilərə "şikəst" deyəsən, Azərbaycan xalqını "nankor" adlandırasan? Necə parlamentə düşmüsən?
İki dəfə parlamentdə kimin yanında olmusan, bunu da bilirəm. Prezident Administrasiyasında neçənci mərtəbəyə çıxmısan, kiminlə razılaşmısan... Ayıbdır! Səndən ötrü 2020-ci ildə Heydər Əliyev Fondunun adamını belə geri çəkdilər. Gör sənin adamın nə qədər güclüdür. Sən hansı düzgünlükdən, ədalətdən, vəhdətdən danışırsan? Dövlətin bütün güzəştlərindən sən yararlanmısan. Sən də, ailə üzvlərin də. Hansı demokratiyadan danışırsan? Necə olur, mən də sənin kimi olmuşam, amma 260 manat pensiya alıram, sən isə 5 min... Şəhərin neçə yerində evin var, mən 37 kvadrat metrlikdəyəm. Ağzımı açdırmasınlar, özlərini yığışdırsınlar. Bəyanatları özlərinə qalsın. Gör nə gündədirlər ki, yığışıb belə bir bəyanat verirlər. Mən adicə tənqidi fikir söyləmişdim. Demokratiyadan danışan adam bu tənqidi fikrə dözməlidir. On milyonluq xalqı, Azərbaycanı on-on beş nəfər tərbiyəsizə görə "əxlaqsız" adlandırırsan. Fikirlərimi dedim, bundan sonra onlara cavab verməyəcəyəm. On il parlamentdə oturanda bunları düşünərdi. Beş-altı nəfər qohum-əqrəbasını yığıb mənə hücum etməklə deyil ki”.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısını tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
Ağdərənin 4 kəndinə köç olub
Həkimin cinayət işi məhkəməyə göndərilib