Vəhdət Partiyasında "qazan qaynayır": sabiq sədr və tərəfdarları ayağa qalxdı - Yeni sədr müşavirini qoruya biləcək?
21-11-2025 [10:47]
Vəhdət Partiyasında "qazan qaynayır".
Mia.az xəbər verir ki, partiya sədrinin müşaviri Cümşüd Nuriyevin sabiq sədr Tahir Kərimlini sosial media hesabında "vurması" daxildə gərginlik yaradıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, bunu nəzərə alan Tahir Kərimli təxminən 30 il rəhbərlik etdiyi partiyanı bu ilin iyun ayında qalmaqallı iş adamı Adəm İsmayıl Bakuviyə təhvil verməsinə baxmayaraq, "ayağa qalxıb": "Tahir Kərimli Ali Məclisin bir neçə üzvünü də səfərbər edərək, Cümşüd Nuriyevin partiyadan xaric edilməsini tələb edib. Məsələ artıq partiyanın müvafiq qurumunda müzakirə olunur. Sədr Adəm İsmayıl Bakuvi qalmaqalı yatırmaq istəsə də, buna nail ola bilməyib. Ona açıq şəkildə deyilib ki, dirənərsə, partiya sədrliyi məsələsini də gündəmə gətirə, hətta erkən qurultayla onu da yola sala bilərlər. Bir sözlə, partiyada artıq Adəm İsmayıl Bakuvinin sədrliyi də təhlükə altına düşüb...".
Mia.az-a verilən məlumatı partiyanın bir az əvvəl yaydığı bəyanatda qismən təsdiqləyir. Bəyanatda Partiya sədrinin müşaviri Cümşüd Nuriyevin paylaşımına (həmin paylaşımı aşağıda olduğu kimi təqdim edirik - Mia.az) Partiyanın Nizamnaməsini və partiya etikasını kobud şəkildə pozmaqda ittiham olunub:
"Cümşüd Nuriyev gözdən salma və Partiyanı içdən sarsıtma kompaniyasına rəvac verib. Onun Vəhdət Partiyasının üzvü olmasını və hansı rayon (şəhər) təşkilatında qeydiyyata durmasını müəyyən etmək mümkün olmadı. Aydınlaşandan sonra müvafiq hüquqi prosedur həyata keçiriləcək. Eyni zamanda Baş Məclis mövcud ştat cədvəlini hələ də təsdiq etmədiyindən həmin müşavir vəzifəsi hüquqi statusa malik deyil. Yuxarıdakıları əsas tutaraq, VP Baş Məclinin sədri və müavini, MNTK-nın bütün üzvləri hesab edirlər ki, Cümşüd Nuriyevin Partiyaya vurduğu ziyan dözülməzdir. Partiyada onun hüquqi vəziyyəti aydınlaşana kimi iddia etdiyi vəzifəni icra etməsi qəbuledilməzdir”.
Bəyanat Vəhdət Partiyasının Baş Məclisinin sədri Tahir Kərimli, müavini Fəxrəddin Ağazadə, MNTK sədri Etibar Səmədov və üzvləri tərəfindən imzalanıb.
Partiya sədrinin mövqeyini öyrənməyə çalışacağıq.
F.ƏHMƏD
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib
DTX-dən daha bir şok əməliyyat: xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi qandallandı
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS TƏYİN EDİLDİ - Gömrük Komitəsində daha bir diqqətçəkən dəyişiklik oldu
“Azergold”da növbəti tender müəmması - ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
Mübariz Mənsimovdan haqqındakı iddiaya reaksiya: "O televiziya kanalı ilə heç bir əlaqəm yoxdur və..."
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək
Beş ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb - Səbəb
Ukrayna BMT TŞ-nin təcili toplantısını tələb etdi - Rusiyanın "Oreşnik" hücumuna görə
Bakı-Moskva-Bakı marşrutu üzrə reyslər ləğv olunub
Hondurasda deputatın üstünə bomba atıblar - FOTO
Sabah yağış yağacaq
Bakıda müəllim direktor müavinini döyüb
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
Ağdərənin 4 kəndinə köç olub
Həkimin cinayət işi məhkəməyə göndərilib