Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
MƏDƏNİYYƏT
13.11.2025, 16:37
Selcan Ədalət,
Yazıçı
***
"Ümidsiz bir ədəbiyyat" romanı:
I.Fəsil — Yanan odun, susan kağız
Yellənən kreslonun ritmik hərəkəti otağın səssizliyinə yumşaq bir nizam gətirirdi. Sobada yanan odunların çırtıltısı, zamanın içinə gizlənmiş qırıq səslər kimi, keçmişin sınmış xatirələrini oyadırdı. Şam işığının titrək alovu otağın divarlarında yavaş-yavaş rəqs edirdi, sanki heç bitməyəcək bir gecənin nəfəsini çəkib verirdi .O isə yun jaketə bürünmüş, donub qalmış fikirlərin arasından keçib, masanın arxasında oturmuşdu. Barmaqları arasında qara mürəkkəbli köhnə bir qələm. Qarşısında ucu bucağı görünməyən bir boşluq. Ağ vərəq.
Masanın bir kənarında, yarımqaranlıqda qırmızı şərabla dolu bir qədəh varıydı. İşığa düşəndə qədəhin içindəki parlaq qırmızı rəng sanki qanla dolu bir xatirəyə bənzəyirdi. Şərab, təkliyin sakitləşdirici susqunluğudur bəzən. O bir qurtum içdi. Dadı əvvəlcə isti, sonra azca acı idi. Sanki keçmiş kimi. Sanki yazmaq istədiyi roman kimi.
Nəfəsini içinə çəkdi. Qələm kağıza toxundu.
"ÜMİDSİZ BİR ƏDƏBİYYAT" sözlərini yazdı. Asta, lakin qətiyyətli hərflərlə! Hər hərf, sanki içindəki bir inamın qalıqlarını cızırdı vərəqə!
Sonra əli dayandı. Qələm dondu. O gözlərini vərəqin səssizliyinə dikdi. İçində heç kimə demədiyi bir suala cavab axtarırdı. O sual dillənmədi.
Yalnız qəlbinin içindən, ruhunun dərinliklərindən asta, kimsənin eşitmədiyi bir pıçıltı yüksəldi:
- Axı ümidsiz ədəbiyyat olmur!... Ədəbiyyat olan hər yerdə ümid var !...
Amma o bu romanı yazacaqdı. Əksinə, əinana-inana. Çünki bəzən ümid deyil, ümidsizliyin özü xilas edir insanı, çünki artıq gözləyəcək bir şey qalmır.
Və o bu qədəhi sonadək içəcəkdi, hər cümlənin dadını dilində hiss edə-edə...
Sobada alışan odunların çırpıntısı otağın dərin sükutuna qarışırdı. Hər çırtıltı sanki bir sükutun içindən gələn etiraf idi. Şam işığı divarlarda titrəyirdi, divarlar isə illərlə susmuş sözlər kimi nəfəs alırdı.
Qəzetlər, klaviaturalar, ekranlar arasında boğulan bir dövrün içində, o hələ də qələmlə kağızın sevgisinə sadiq qalmışdı.
Bunu niyə etdiyini özü də tam anlamırdı ,amma hardasa içində bir duyğu ona deyirdi: “Bəzən barmaqla vərəqlərə hopmayan söz, ürəyə də toxunmur.”
Qar yağırdı. Çöl sakit idi, amma bu sakitlik donmuş zamanın içində gizlənmiş səs kimi idi. Qar yerlə dost ola bilmirdi , toxunmadan əriyirdi. Sanki bu dünyaya aid olmadığını bilirmiş kimi.
Soyuq... bədənə yox, ruhun iç qatlarına işləyən bir soyuq. Amma o alışmışdı. Bu səssizliyin içində, bu kənd evinin taxta divarları arasında onun başqa bir dünyası vardı.
Kağızın üstünə bərkidilmiş sətirlərdən birində belə yazdı:
Hava soyuq idi... olduğu kimi. İndi isə daha da soyuqdur.
Qələm davam etdi:
-Külək yenə Bakıdan əl çəkmir. Onu öz soyuq qucağında, köhnə bir sevgili kimi silkələyir. Qəzəblə, amma vərdişlə. Sanki bu şəhəri tanıyır, onunla danışır, onu danlayır. Küləyin sovurduğu qar dənəcikləri Xəzərin üzərində uçuşur, sanki dənizin göz yaşlarını göyə daşıyır.
Gecə ən dürüst zamandı .Gündüzün yalançı gülümsəmələrini silib, üzə yalnız həqiqəti çıxarır. İnsanla öz arasına heç nə qoymadan, onu özünə baxmağa məcbur edir. Bəlkə də, elə insan özü düşünmək üçün gecəni gözləyir,çünki işıqda hər şey görünür, amma ancaq qaranlıqda dərk olunur.
Bu sözlər təkcə yazılmırdı. Onlar həm də xatırlanırdı. Haradasa içində, xatirə ilə xəyali arasında bir yol vardı, o yolun üstündə külək Bakını silkələyir, dəniz danışır, küçələr bir qadın siluetini öz içindən keçirdirdi.
Onu keçmişə bağlayan şey yalnız xatirələr deyildi. O keçmişin içində nəyisə, bəlkə də özünü axtarırdı.
Yaşanmamış bir ömrün, yarımçıq qalmış bir taleyin səsini yazıya köçürmək istəyirdi.
Bəlkə də hər insan, bilmədən, başqa bir həyatın davamıdır.
Şamın alovu titrədi. O əlini uzadıb onu üfürdü. İşıq sönərkən bir anlıq hər şey dayanmış kimi oldu. Qaranlığın içində yalnız tüstülənən bir iz qalırdı.
Və sanki onunla birlikdə hansısa unudulmuş bir ömür də yuxudan oyanırdı...
II Fəsil — Sən kimi gələn olmadı
Oxu zalı bu gün də hər zamankı kimi səssiz idi , sanki sözlərin səslənmədiyi, amma ən çox danışdığı bir məbəd kimi. Divarlardan kitab qoxusu gəlirdi. Zaman burada fərqli axırdı nə qədər səhifə çevrilsə də, saat tərpənməzmiş kimi.
İyirmi üç yaşlarında, uzun saçlarını arxaya yığmış, qaşının üstündə nazik çapıq olan, ağbəniz bir qız stolun arxasında oturmuş, diqqətlə romanın sətrinə köklənmişdi. Bura onun üçün yad deyildi. Hər həftə gəldiyi sığınacaq idi bura. Amma bu dəfə nədənsə fərqli bir saatda gəlmişdi, özü də bilmədən, sanki qəsdənmiş kimi…
Zalın qapısı açıldı. Sakitliyi yararaq, bir nəfərin içəri daxil olduğunu hiss etdi. Başını qaldırdı və baxışları bir cüt dərin, mavi gözlə toqquşdu. Gözlər dəniz kimi idi. Sakit görünür, amma alt qatında sükutla gizlənən bir fırtına duyulurdu.Təxminən otuz yaşlarında, hündür boylu oğlan, sakit addımlarla içəri keçdi. Zalda başqa boş yer yox idi. Qızın qarşısındakı stula yaxınlaşıb oturdu.
Qız gözlərini yenidən kitabına çevirməyə çalışsa da, nə isə dəyişmişdi. İstər-istəməz oğlanın kitablarına baxdı onun oxuyacağı kitabların adları maraq oyatmışdı. Boynunu bir az irəli uzadaraq kitabın üz qabığını oxumağa çalışdı, lakin oğlan, bunu hiss etmiş kimi, kitabı yüngülcə özünə tərəf çəkdi, sanki o səhifələrə kimsənin baxmağını istəmirdi.
Bir müddət ərzində heç bir söz deyilmədi. Sadəcə səssiz bir diqqət, içdən gələn maraq və baxışların arxasında gizlənən bilinməzlik…
Sonra oğlan sakitcə ayağa qalxdı. Telefonunu, açarlarını, kitablarını toplayıb çıxmağa hazırlaşdı. Getdi. Ardınca hava bir az soyudu sanki.
Qız bir müddət oturdu. Lakin o da artıq nə oxuyurdu, nə də sətrləri dərk edirdi. Gözləri oxuduğu səhifədə, fikri getmiş addımlarda qalmışdı. O da kitabı bağlayıb qalxdı, çıxışa doğru yönəldi.
Tam qapıdan keçmək üzrə idi ki, arxadan bir səs gəldi:
- Ay qızım, kitabı vermədiniz!
Kitabxanaçı qadının səsi, qızın içində nəyinsə yarımçıq qaldığını daha da vurğuladı. Amma artıq gec idi , çöldə maşının mühərriki işə düşmüş, oğlan şəhərin küçələrinə qarışıb getmişdi...
Qız çıxışın kənarındakı pilləkənlərə oturdu. Qış küləyi saçlarının uclarını oynadırdı. Bir anlıq göyə baxdı, sonra gözlərini üfüqə dikdi.
Dodaqlarından asta, incə bir pıçıltı süzüldü:
- Nə deyəcəkdin, hə?.. “Gözlərin nə qəşəngdir… Mənim adım kimi.”
Söz bitdi. Amma o baxışlar sanki içində bir ümid qapısı açmışdı . İllərdir bağlı olan bir qapını… Yalnız bir anlıq baxışla...
P.S. Selcan Ədalətin "Ümidsiz bir ədəbiyyat" romanının ardı olacaq!
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şirvanda 34 manatlıq naqil oğurlanıb
Bugün, 14:23 KRİMİNAL
-
Qarabağ bölgəsində 2333.3 hektar ərazi minalardan təmizlənib
Bugün, 14:14 CƏMİYYƏT
-
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 14:07 SİYASƏT
-
Regionlarda "Media savadlılığının təşviqi" layihəsinə başlayır – Qafqaz Araşmaları Mərkəzi gəncləri maarifləndirəcək
Bugün, 13:56 PRESS
-
Jurnalistika ixtisası üzrə magistraturaya qəbul... - DİM açıqlama yaydı
Bugün, 13:56 PRESS
-
DÇ-2026-da inanılmaz qalmaqal: Tramp müdaxilə etdi, FİFA qırmızı kartı ləğv etdi – FUTBOL DÜNYASI ŞOKDA!
Bugün, 13:39 İDMAN
-
CHP-də gərginlik artan xətlə davam edir – Kılıçdaroğlunun “sağ əl”I partiyadaşları tərəfindən etirazla qarşılandı
Bugün, 13:15 SİYASƏT
-
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobus yanıb.
Bugün, 12:59 GÜNDƏM
-
Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başlayıb - QRAFİK
Bugün, 12:44 CƏMİYYƏT
-
AGENTLİKDƏ SƏDR MÜAVİNİ TƏYİNATI OLDU - Prezidentdən sərəncam + FOTO
Bugün, 12:30 GÜNDƏM
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
Bugün, 12:27 CƏMİYYƏT
-
Naxçıvanda hərbçi, xanımı və övladı qəzada dünyasını dəyişiblər
Bugün, 12:13 KRİMİNAL
-
Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiyalar yaradılıb
Bugün, 12:06 CƏMİYYƏT
-
Baş prokurorluq 21 yaşlı Fatimənin cinayət işini nəzarətə götürüdü: erməni qadın, Azərbaycan vətəndaşı olan sevgili... - TƏFƏRRÜAT (YENİLƏNİB)
Bugün, 11:49 KRİMİNAL
-
Tramp Ankaraya gəlir: səfər proqramı dəqiqləşdi - Anıtqəbir…
Bugün, 11:38 GÜNDƏM
-
Nigeriyada əkinçilər tarlada atəşə tutulub – 9 nəfər ölüb, qalanları qaçırılıb
Bugün, 11:16 DÜNYA
-
Tramp NATO sammitinə saatlar qalmış foto paylaşdı, Baş naziri ələ saldı: “Uzaqlaşdırma qərarı çıxarmaq lazımdır”
Bugün, 11:16 GÜNDƏM
-
Hikmət Hacıyev: "Qəbələ Azərbaycanın zəngin kulinariya irsinin əsl dadını təqdim edir" - VİDEO
Bugün, 11:05 MƏDƏNİYYƏT
-
Xocalının Malıbəyli kəndi sakinlərinə əkin sahələri veriləcək
Bugün, 11:01 İQTİSADİYYAT
-
Azərbaycanda bir ilk: kamança üzrə milli standartlar təsdiqlənib
Bugün, 10:41 MƏDƏNİYYƏT
-
Azərbaycan Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Bugün, 10:38 GÜNDƏM
-
Qumral: "Düşünürəm, qadağa götürüləcək, siyahıda olanların bəziləri artıq efirlərə çıxırlar"
Bugün, 10:36 ŞOU-BİZNES
-
Paşinyan Rusiyaya gedib
Bugün, 10:18 GÜNDƏM
-
Məhərrəm ayı nə vaxt başa çatır?
Bugün, 10:07 CƏMİYYƏT
-
Dilçək (Hekayə)
Bugün, 09:59 MƏDƏNİYYƏT
-
Rusiya gecə Kiyevə ağır zərbələr endirdi – Şəhər alova büründü, ölənlər var
Bugün, 09:21 GÜNDƏM
-
Cəbrayıla növbəti köç olub
Bugün, 09:05 GÜNDƏM
-
DÇ-2026: Braziliya və Meksika turnirlə vidalaşdı - Norveç və İngiltərədən inanılmaz oyun....
Bugün, 09:00 İDMAN
-
“Qalatasaray” 21 milyon avro maaş tələb edən futbolçudan imtina etdi
Bugün, 01:10 İDMAN
-
Sevgilisindən Türkiyə yığmasının hücumçusuna “xəyanət ittiham”ı: “O, məni aldatdı…” - FOTO
Bugün, 00:55 ŞOU-BİZNES
-
SOCAR-ın Ukraynada "zapravka"sı vuruldu - Rusiya tərəfindən + FOTOLAR
Bugün, 00:30 GÜNDƏM
-
Kriştiano Ronaldo jurnalistə hirsləndi: “Səndənmi soruşacam?”
Bugün, 00:17 İDMAN
-
Yığmanın futbolçusu İslam dinini qəbul etdi: “Kəliməyi-şəhadət gətirdim…"
Bugün, 00:16 İDMAN
-
Netanyahu Trampın "O, kimin patron olduğunu bilir" sözünə belə reaksiya verdi: "İsrailin dostu təkcə ABŞ deyil, həm də..."
Bugün, 00:06 GÜNDƏM