Rusiya XİN: "İsrailin İordan çayının qərb sahilini işğal etməsi..."

img

30-10-2025 [23:26]


"İsrailin İordan çayının qərb sahilini ilhaq etməsi Yaxın Şərqdə daha böyük gərginliyə səbəb olacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada həftəlik ənənəvi mətbuat konfransında deyib.

O bildirib ki, İsrail bu gərginlikdən qaçmalıdır: "Gərginliyin hər hansı bir formada artması beynəlxalq sülhməramlı səylərə xələl gətirəcək. Moskva hesab edir ki, fələstinlilər və israillilər arasında birbaşa danışıqlar olmalıdır"

O, növbəti müharibənin böyük fəalkətlərə yol açacağını bildirib: "Əks halda, həm işğal olunmuş Fələstin ərazilərində, həm də Yaxın Şərqdə gərginliyin təhlükəli şəkildə artmasının qarşısını almaq mümkün olmayacaq. Fələstin məsələsi yalnız siyasi diplomatik vasitələrlə həll olunmalıdır".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA