SAXLANILAN İCRA BAŞÇISI KİMDİR: kürəkəni ilə mülk davası edən, yoxsa korrupsioner... (YENİLƏNİB)

img

30-10-2025 [12:53]


Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat keçirilib və rayonun icra baçısı İslam Rzayevlə yanaşı, bəzi məmurlar saxlanılıb.

Mia.az xatırladır k, icra başçısı barədə mediada indiyə qədər çoxlu tənqidi materiallar gedib.

Hətta onun qızının keçmiş əri ilə mülk davası saytlarda tirajlanıb: (Həmin məsələni bu linkdən oxuya bilərsiniz:

https://www.mia.az/w1051611/quoticra-bascisinin-xanimi-meni-mehkemeye-verdi-kiquot-qalmaqal-2023-07-20-102248 )

Bundan başqa, onun barəsində korrupsiya ilə bağlı çoxsaylı xəbərlər də yazılıb. Maraqlıdır ki, icra başçısı haqqındakı xəbərlərlə bağlı heç vaxt açıqlama verməyib... 

Maraqlıdır, İslam Rzayev kimdir? O, necə bu posta gəlib?

***

Jurnalist Aygün Muradxanlı isə İslam Rzayevin SOCAR-ın sabiq prezidenti Mikayıl İsmayılovla qohum olduğunu feysbuk-da yazıb.

***

Məlumat üçün qeyd edək ki, İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Daha sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami və Əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.

O, həmçinin "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007–2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini olub.

İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Ailəlidir, 3 övladı var.

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA