Polisdən şübhəli zəng və keçidlərlə bağlı vətəndaşlara xəbərdarlıq - VİDEO

img

29-10-2025 [10:20]


Polis vətəndaşlara şübhəli zənglərə və keçidlərə aldanmamaları üçün xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər.

Bildirilib ki, kart məlumatlarını, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartın məxfi şifrələri heç kimə verilməməlidir: "Kimin hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin. Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədə dərhal polisə müraciət edin".


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA