Vətəni niyə sevirik?
MƏDƏNİYYƏT
25.10.2025, 17:26
Vətəni niyə sevirik?
Bəlkə ona görə ki, ilk dəfə gözümüzü bu torpaqda açmışıq, ilk addımlarımızı bu yerlərdə atmışıq, onun torpağında yeriyib, suyundan içmiş, havası ilə nəfəs almışıq...
Bəli, bu da var. Amma vətən sevgisi təkcə bunlarla izah olunacaq qədər sadə deyil.
Çünki vətən – doğulduğumuz əsrin, ilin, ayın, günün təqvimdəki ünvanı deyil yalnız, həm də alnımıza yazılmış ilahi qismətin təcəssümüdür.
Vətəni sevmək – Tanrının bizə bəxş etdiyi yazıya, ayaq basdığımız torpağa, bu torpaqda bizdən əvvəl yaşamış, indi isə onun bağrında uyuyan əcdadlarımıza, bizi dünyaya gətirən valideynlərimizə, bu torpağın üzərində bizimlə birgə nəfəs alan həmvətənlərimizə ehtiramımızdır.
Elə buna görə də insanlığın iftixarı, aləmlərin nuru Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurmuşdur:
“Vətənə məhəbbət – imandandır.”
Məhz bu ruhun daşıyıcısı olan, "Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin" direktoru, mərifət və ədəbiyyat aşiqi Hacı Abbas Bağırovun qələmə aldığı “Nərimanlı – Hüseynağalı aşıqları və şairləri” kitabı vətənə duyulan tükənməz sevginin daha bir təcəssümüdür.
Bu kitabda Nərimanlı kəndinin sözünə, sazına könül vermiş 44 nəfər aşıq və şairin həyat yolu və yaradıcılığından nümunələr yer alır. Onların misralarında Göyçənin küləyi pıçıltı kimi dolaşır, Nərimanlının daşı, torpağı, ahı və duası bir nəfəsə çevrilib ürəklərə hopur.
Dərin minnətdarlıq hissi ilə qeyd etmək yerinə düşər ki, əslən Göyçə mahalının Basarkeçər rayonundan – Nərimanlı kəndindən olan Abbas Göyçəgölün bu əsəri vətən həsrəti ilə yaşayanların, yurd nisgilini könlündə yaşadanların ruhuna bir təsəlli, qəlbinə bir nur olacaqdır.
Əziz oxucu!
Bu kitab – ömrünü halallıqla yaşayan bir insanın halal zəhmətinin, min bir çətinliklə ərsəyə gətirdiyi söz xəzinəsidir.
Bu əsər bizi həm ruhən, həm də mənəvi olaraq birliyə, mübarizəyə, öz ata-baba torpaqlarımıza – necə ki Qarabağa qayıtdıq, eləcə də Qərbi Azərbaycanımıza dönüşə səsləyir.
Bu yolda iradəniz sarsılmasın, yolunuz açıq, qismətiniz mübarək olsun!
Mahir Bayram
***
Dünya ilə halallığa gəlmiş idik,
Gör, nə qədər sarsıntılar udduq, yedik!
Candan əziz çox canları qeyb elədik,
“Dünya haqsız, ədalətsiz!” – gileyləndik...
Bəxtimizi böləmmədik dünya ilə,
Baş qaldırdıq haqsızlığa, gah da felə!
Ha söysək də bu dünyanı belə-belə...
Dünya bizə əl eylədi: – “Gülə-gülə...”
Hardan bilək, haqlı bizik, yoxsa dünya?!
Yaşamımız həqiqətmi, yoxsa röya?!
Sonu varmı sualların, gəlmir saya?!
Ömür, sorğu ümmannında düşüb suya!
Çoxu yaman cəhd eləyir, görür guya.
Abbas Göyçəgöl
***
Gözlərin məluldur, baxışın dərin,
Heyran oldum baxışına, ay QAĞA.
Alnından üzünə tökülən tərin,
Qoşulaydım axışına, ay QAĞA.
Dağ çayısan, sularında durullam,
Sən ocaqsan, ocağında qor ollam.
Bir yox, beş yox, gündə yüz yol vurullam,
Bu həyata naxışına, ay QAĞA.
Köhlənini dağlara çap, rahat sür,
Qoy olmasın nə taleyin, bəxtin kür.
Səcdə edib, baş əyərəm bir ömür,
Şimşək kimi çaxışına, ay QAĞA.
Düzlüyündü əyriliyi edən ram,
Almasan da arzulardan doyub kam.
Heyran-heyran boylanaram, baxaram,
O getdiyin yoxuşuna, ay QAĞA!
Aşıq Fətullah
***
Səksən səkkizdən bağlanıb
O Göyçəyə gedən yollar.
Sinəmi yaman dağlayıb,
O Göyçəyə gedən yollar.
Bax, qərib bir duman ötər,
Gedib Ağbulaqdan içər.
Gəlib Məzrələrdən keçər,
O Göyçəyə gedən yollar.
Nərimanlıdan Kəlbəcərə,
Cənnət olar o dağ, dərə.
Fətullahı salıb dərdə,
O Göyçəyə gedən yollar.
Xəstə Bayraməli
***
Ay el-oba, mənim dəli könlümün
Nə vaxtdı arzusu gözdə qalıbdı.
Qəlbinizmi qəlbimdədi, bilmirəm,
Yoxsa ürəyimmi sizdə qalıbdı?
Sona yetmir ayrılığın zəmisı,
Bu aradan il ötüşüb cəmisi.
Yoxa çıxıb yarım vüsal gəmisi,
Hicran adlı bir dənizdə qalıbdı.
Düşsə Bayraməli min qeylü-qala,
Yenə də sadiqdi ilkin minvala.
Qoy zaman atını çapsın dördnala,
Əsrin sədəqəti bizdə qalıb
Müəllif: Nizami Novruzov,
Göyçə mahalı, Kiçik Məzrə kənd icmasının sədri,
Fəlsəfə doktoru
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Trabzonspor" Tomas Reisin rəhbərliyi altında məğlubiyyətsizlik seriyasını davam etdirir
Bugün, 00:04 İDMAN
-
Putin: "Rusiya və Ukrayna razılığa gələ bilər"
22.10.2026, 23:57 GÜNDƏM
-
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi genişlənir
22.10.2026, 22:23 İQTİSADİYYAT
-
Qobustan qəsəbəsində iki qardaş bıçaqlanıb
22.10.2026, 21:34 KRİMİNAL
-
Danimarka Rusiyaya qarşı silahlanır
22.10.2026, 21:34 DÜNYA
-
Çində zəlzələ oldu - 7 bal gücündə
22.10.2026, 21:20 DÜNYA
-
Tramp: "İran uduzmağımız üün hər şeyi edir"
22.10.2026, 20:26 DÜNYA
-
VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Dövlət əmlakını mənimsəmə ittihamı ilə
22.10.2026, 20:05 GÜNDƏM
-
Aktrisalığın "daşını atdı", indi təsərrüfatla məşğuldur - FOTO
22.10.2026, 19:46 ŞOU-BİZNES
-
Kanadanın Baş naziri Ankarada: "Türkiyə ilə strateji tərəfdaşlığımıza başlayırıq"
22.10.2026, 19:37 SİYASƏT
-
Türkiyə COP31 Sammitə hazırlaşır
22.10.2026, 19:20 GÜNDƏM
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlayıb
22.10.2026, 18:09 CƏMİYYƏT
-
Rus turist qadını küçənin ortasında qadınlar döydü
22.10.2026, 18:02 DÜNYA
-
Sergen Yalçının məşqçilər heyəti bəlli oldu
22.10.2026, 17:47 İDMAN
-
"Meta" 25 milyard dollar cərimələndi
22.10.2026, 17:41 PRESS
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
22.10.2026, 17:33 KRİMİNAL
-
Mikayıl Cabbarovdan əmr: Nazirliyin Aparat rəhbərinə yeni müavin təyin olundu
22.10.2026, 17:29 CƏMİYYƏT
-
“Gənclər ixtisası həqiqətən özləri seçirlərmi?" - Məleykə Abbaszadə
22.10.2026, 17:20 CƏMİYYƏT
-
Bakıda "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" Forumu keçirilib - Nələr müzakirə olunub?
22.10.2026, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.10.2026, 17:00 İQTİSADİYYAT
-
"Bolt"la bağlı araşdırma aparılır
22.10.2026, 16:49 İQTİSADİYYAT
-
Leyla Əliyeva "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksində - FOTOLAR
22.10.2026, 16:39 MƏDƏNİYYƏT
-
Elşən Babayev vəzifədən azad olunub
22.10.2026, 16:19 CƏMİYYƏT
-
Nigeriyada 80 milyon uşaq qurğuşundan zəhərlənib
22.10.2026, 15:52 DÜNYA
-
Şimali Koreya qonşu ölkəni nüvə silahı ilə hədələdi: "Dəhşətli vəziyyətlə üzləşərsiniz, ağıllı olun!"
22.10.2026, 15:24 DÜNYA
-
Mask: "Pul gələcəkdə əhəmiyyətini itirəcək" - "Hətta ən varlı adamlar belə süni İntellekti..."
22.10.2026, 15:10 İQTİSADİYYAT
-
Kəmaləddin Heydərov Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsini özünə köməkçi götürdü
22.10.2026, 15:02 SİYASƏT
-
Bakı Dövlət Universitetində yeni Mərkəz yaradılıb
22.10.2026, 15:00 CƏMİYYƏT
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətiriləcək
22.10.2026, 14:46 KRİMİNAL
-
Vüsal Aslanova müavin təyin olunub - Zaur Nağıyevlə bağlı maraqlı məlumatlar
22.10.2026, 14:24 CƏMİYYƏT
-
"Əgər belə davam edərsə, ABŞ-ın bölgədəki bazalarını yenidən vuracağıq"
22.10.2026, 14:02 DÜNYA
-
Zelenski və atəşkəsin qiyməti: taktiki geri çəkilmə, yoxsa gələcək strategiyası? - Üç mümkün ssenari... (TƏHLİL)
22.10.2026, 13:51 SİYASƏT
-
Rusiya-Ukrayna müharibəsi bitir? - Tramp "Həll yoluna daha yaxınıq" deyir
22.10.2026, 13:41 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLDU
22.10.2026, 13:25 GÜNDƏM