Fəzail Ağamalının partiyasında qalmaqal: ailə bir-birinə girdi - "Günay Ağamalının partiya sədri seçilməsinə qarşı..." (AÇIQLAMALAR + Yenilənib)
25-10-2025 [14:41]
Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb.
Mia.az məlumatına görə, yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb..
Məlumatı Fəzail Ağamalı "Qafqazinfo" saytına təsdiq edib. O, oğlunun qurultayın reqlamentini pozduğu üçün binadan kənarlaşdırıldığını bildirib:
“Öz adamları ilə birgə qurultayı pozmağa cəhd etdilər. Bu səbəbdən iclası təxirə saldıq. Elçini də binadan kənarlaşdırdılar. Mən partiya sədrliyinə qızımı təklif edirəm. Amma hələ ki, özüm istefa verməmişəm. Dediyim kimi, Elçinin hərəkətlərinə görə qurultayı dayandırdıq”.
Fəzail Ağamalının oğlu isə atasının dediklərini yalanlayıb. Elçin Ağamalının sözlərinə görə, atası bu gün sədrlikdən istefa verib. Öz yerinə də bacısı Günay Ağamalının namizədliyini irəli sürüb. Bundan əlavə partiya sədrliyinə daha iki namizəd olub:
“Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs də təsdiq edə bilər”.
***
Bu gün Ana Vətən Partiyasının qurultayı keçirilib.
Mia.az xəbər verir ki, qurultayda Fəzail Ağamalı partiya sədrliyindən istefa verib.
Sədrlik uğrunda onun övladları Günay Ağamalı və Elçin Ağamalı mübarizə aparıblar.
Səsvermənin nəticələrinə əsasən, Elçin Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib. 150 nəfərdən 100 nəfəri ona səs verib.
Fəzail Ağamalı qızının sədr olmasını istədikdə isə oğlu ilə arasında dava düşüb. Qurultay iştirakçıları zaldan çıxarılmaq istədikdə isə gərginlik daha da artıb.
Bu zaman Elçin Ağamalının tərəfdarları ona dəstək şüarları səsləndiriblər.
***
“Hazırda Ana Vətən Partiyasının qurultayı keçirilir. Partiyanın sədri Fəzail Ağamalı qızı Günay Ağamalının namizədliyini irəli sürdü. Lakin çox az sayda dəstək gördü. Qurultayın əksəriyyəti mənim namizədliyimi irəli sürüb. Bunu həzm edə bilməyən Fəzail Ağamalı isə qurultayın gedişatını pozmağa cəhd etdi”.
Mia.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Fəzail Ağamalının oğlu, partiya sədrinin Təşkilati məsələlər üzrə müavini Elçin Ağamalı deyib.
O, atasının dolayı yolla ona mane olduğunu bildirib: “Atam Fəzail müəllim 30-40 nəfər olan öz tərəfdarları ilə zalı tərk etdi. Qalan qurultay nümayəndələri zalda əyləşiblər. Onu da qeyd edim ki, zalın işığını söndürtdürərək insanları oradan çıxarmağa çalışırlar. Hətta qurultay nümayəndələrini mühafizə çağıraraq təhdid edirlər”.
Elçin Ağamalı bacısı Günay Ağamalının partiya sədri seçilməsinə qarşı olduğunu bu cür izah edib: “Hazırda qurultayda 100 nəfər nümayəndə iştirak edir, onlar məni dəstəkləyir. Biz yekun və ədalətli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Demirəm ki, Günay xanım seçilməsin. Burada söhbət mənim istəyib-istəməməyimdən getmir, partiya üzvlərinin seçimindən gedir. Yüzdən artıq nümayəndə faktiki olaraq mənim namizədliyimi dəstəkləyir”.
MİA.AZ
"Qeyri-etik, təhdid xarakterli..." - Deputat qardaşı ilə qurultaydakı gərginliyi belə izah edir
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Vətəni niyə sevirik?
"Oğlum yalan danışır" - Fəzail Ağamalı davadan danışdı
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
Fəzail Ağamalının partiyasında qalmaqal: ailə bir-birinə girdi - "Günay Ağamalının partiya sədri seçilməsinə qarşı..." (AÇIQLAMALAR + Yenilənib)
Elman Nəsirovun qızı video yaydı - Atasına ağır ittihamlar (VİDEO)
Sabah yağış yağacaq
“Aztelekom” videomüşahidə sistemi üçün 46500 manat xərcləyəcək
Prezident İlham Əliyev Tokayevə məktub göndərdi - MƏTN
Yaşlı adamı döyən market mühafizəçisinə cəza verildi
Bakıda ağacları "Ağ Amerika" qurdu basıb - Açıqlama
Xarici İşlər Nazirliyi: "Azərbaycan Qazaxıstanla tərəfdaşlığını yüksək qiymətləndirir və..."
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq - Bu tarixdə
"Zəfər Tariximiz..." - Prezident bu görüntüləri paylaşdı (VİDEO)
"Yaşıllaşdırma"nın əməkdaşları "Jurnalistlər binası" sakininin maşınına zərər vurublar - Birlikdən isə... (VİDEO, FOTO)
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ayşe Barım haqqında həbs qərarı yenidən ləğv olundu
Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi - AÇIQLAMA
"Panatinaikos"un sükanı Rafael Benitezə tapşırılıb
"Milan" "Qalatasaray"ın hücumçusuna "göz qoyub"
CHP iki deputatı üzvlükdən xaric etdi - Səbəb + FOTOLAR
Kamal Kılıçdaroğlunun siyasi karyerası bitdi
Azərbaycan BMT ilə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
BMT-dən İsrailin Fələstin torpaqları ilə bağlı qərarına - Reaksiya
"Azercell": "Elektrik cərəyanı vurmuş şəxs bizim əməkdaş deyil"
Xabi Alonso: "O, gənc və fantastik oyunçudur"
Yüksəliş Partiyasının keçmiş sədri həbs olunub - Vəkili açıqladı
Klub açıqlama yaydı: "Biz təslim olmayacağıq" - "Baş məşqçi istefaya göndərilməyəcək"
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTOLAR
Aİ Meta və TikTok-u cərimələməyə hazırlaşır
"Bakcell" abunəçisi 1 manatla lüks avtomobil sahibi oldu!
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov insult keçirib
Veteranlara verilən 80 manat artırılmayacaq
Sahib Ələkbərov Salyanda vətəndaşları qəbul edib
PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VƏ RÜTBƏ VERDİ - Sərəncam + FOTO
23 yaşlı seksual bloger narkobaron çıxdı - Yarıçılpaq halda tutuldu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Beşiktaş"da şok - Rafa Silva zədələnib
Yaşar Nurinin qızı elə sözlər dedi ki... - "Ailəli insanlar var, mənə deyirlər ki, gəl..."
"Mənim Ramiz haqqında deyiləcək heç bir sözüm yoxdur" - PA-nin sabiq rəhbərinin kürəkəni suala belə cavab verdi
Sanatoriya direktoru vəzifədən çıxarıldı - AHİK sədrindən dəyişiklik
Ceyhun Bayramov TDT Baş katibi ilə müzakirə aparıb