İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordeni verdi: "Siz canla-başla, sədaqətlə..." - FOTOLAR (Yenilənib)
22-10-2025 [14:42]
Azərbaycan Baş Nazirinin birinci müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.
Mia.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.
***
Prezident İlham Əliyev bu gün Yaqub Eyyubovu qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.
Mia.az xəbər verir ki, Yaqub Eyyubovu salamlayan Prezident İlham Əliyev deyib:
- Hörmətli Yaqub müəllim, ilk növbədə, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illər müxtəlif məsul vəzifələrdə işləyərkən Azərbaycanın inkişafına öz töhfənizi vermisiniz. Mən bunu yüksək qiymətləndirirəm. Siz də bilirsiniz, mən də bilirəm ki, Ulu Öndər Heydər Əliyev sizə həmişə diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində sizi gənc kadr kimi məsul vəzifələrə təyin etmişdi və sizə böyük etimad göstərmişdi. Siz də bu etimadı layiqincə doğrultmusunuz. Məhz buna görə müstəqillik dövründə Ulu Öndər xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə gələndən sonra sizi bir neçə məsul vəzifəyə təyin edərək, bir daha sizə etimad göstərmişdir. Onun Sərəncamı ilə siz böyük vəzifə olan Baş nazirin birinci müavini təyin olunmusunuz və o illərdən bəri bu vəzifədə çalışırsınız. 22 il ərzində mənim prezidentlik dövrümdə də sizə dəfələrlə etimad göstərmişəm, hər prezident seçkilərindən sonra sizi həmin vəzifəyə yenidən təyin edirdim. Bu gün sizə bu dövlət mükafatını təqdim edərkən demək istəyirəm ki, mən sizin işinizdən razıyam. Siz canla-başla, sədaqətlə dövlətə, vətənə xidmət edirsiniz. Öz işinizdə həmişə tələbkarsınız və mənim göstərişlərimi layiqincə yerinə yetirirsiniz. Sizin böyük xidmətlərinizi nəzərə alaraq mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif etmişəm və icazə verin, bu yüksək ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev “İstiqlal ”ordenini Yaqub Eyyubova təqdim edərək deyib: Sizi təbrik edirəm.
Yaqub Eyyubov: Təşəkkür edirəm.
Fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Yaqub Eyyubov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını bildirib. O, məhz dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək deyib: “Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur”.
“İstiqlal” ordeni ilə təltif olunmasının onun üçün böyük şərəf olduğunu vurğulayan Yaqub Eyyubov bildirib: “Mən həyatım boyu bunu unutmaram və çalışacağam ki, imkanım daxilində, nə qədər imkan varsa, Sizə və dövlətimizə xidmət edim”.
Prezident İlham Əliyev: Çox sağ olun.
"Neft hasilatı azalır, manatın məzənnəsi..." - Əkrəm Həsənov
“AzInTelecom” MMC-də "toplananların yerləri" dəyişir
Milli Məclisin iclası başlayıb
Keçmiş Komitə sədrinin bacanağı qadını döyüb? - TƏBİB direktoru müdafiə etdi, bəs o birilər? (VİDEO)
İnam Kərimov: "Ədalət yalnız bir yerdə və ya bir qurumda cəmlənmir"
Maduro Trampın onu devirmək istədyini deyir: "Hər gün təhdid olunuruq, psixoloji müharibədəyik"
"Xoş oldu ki, Taleh müəllim də eyni mövqedədir" - Natiq Cəfərli Mərkəzi Bankdakı görüşdən danışdı
ABŞ Çini məhkəməyə verməyə hazırlaşır - Ticarət anlaşmalarına görə
Ağ Evdən açıqlama: "Trampın Putinlə görüş ehtimalı az da olsa, var"
Dövlət Komitəsinin Aparat rəhbəri vəfat edib
"Mənə yaxın icra başçıları yaxınlaşıb deyirdilər ki..." - Məşhur YAP-çı Ramiz Mehdiyevlə bağlı yeni faktları sadaladı
İlham Rəhimovla Rəbiyyət Aslanovanın keçmişdəki "tarixi toy"u... - Elə iddialar var ki...
Növbəti 4 həftə bu bürclər üçün dönüş nöqtəsi olacaq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hava limanında türkiyəli məşhur müğənninin çantası oğurlandı: "Pasportum, hər şeyim getdi..."
İKİ NƏHƏNG ÖLKƏNİN LİDERLƏRİ BİR ARAYA GƏLİR - Bu taixdə
Konfrans Liqası: Arda Turanın komandası uduzdu - NƏTİCƏLƏR
İzmirdə sel yaranıb - Bir nəfər itkin düşüb (VİDEO)
Türkiyədə zəlzələ oldu - 4 bal gücündə
"Fənərbağça" "Ştutqart"ı məğlub etdi - Ardıcıl 2-ci Avropa Liqası qələbəsi qazanıldı
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
TFF iki klubu cəzalandıracaq
Ermənilərin Bakıda növbəti məhkəməsi keçirilib
"Ankaragücü"də seçki: klub prezidenti seçildi
Messinin müqaviləsi uzadılıb
Türkiyə, Ərəb Liqası və 15 ölkə İsrailə qarşı bəyanat imzaladı - İlhaq planı ilə bağlı (SİYAHI)
İCRA BAŞÇISININ OĞLU APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ - Kənan Əliyev kimdir? (YENİLƏNİB)
İranda gizlənən Azərbaycan vətəndaşı geri veriləcək - Açıqlama
""İstiqal”, “Şöhrət” ordenlərinə heç kim toxunmayıb" - Əkrəm Əylisli
"Ərəb ölkələrinə söz vermişəm, əgər bunu etsələr, bizim dəstəyi itirəcəklər" - Trampdan İsrailə xəbərdarlıq
CHP-nin növbədənkənar qurultayının vaxtı açıqlandı
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
Sabah iki rayonun bəzi ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
Azərbaycanlı bloger Əfqan Sadıqov həbs olunub - Tbilisidə
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"20 saylı məktəb-liseyə direktor təyin olunmayıb"
İsrail ordusu Livana növbəti zərbələr endirib
Minimum əməkhaqqı nə qədər olacaq? - Gələn ilin büdcəsi...
Tibb ixtisası üzrə verilən şəhadatnamə... - Agentlikdən xəbərdarlıq
Kirayəyə verilən evlərdən vergi alınacaq - 10 faiz
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
Sahibkarlar üçün ƏDV limiti 2 dəfə artırıla bilər
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
“Xarı Bülbül” çilçırağının təqdimat mərasimi olub