Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
17-10-2025 [00:05]
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından beş il ötür.
Mia.az xəbər verir ki, oktyabrın 17-si Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.
Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.
Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
TRAMPDAN HƏMAS-a TƏHDİD: "Sizi öldürərik, bir sözümlə İsrail..."
Prezident İlham Əliyev bu videonu paylaşdı - VİDEO
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Livanı bombalayıb
Avropa Məhkəməsindən hava yolları ilə bağlı mühim qərar - Ev heyvanları "Baqaj yükü” sayılacaq
Milyarder Fərhad Əhmədov Bakıda məhkəmə qarşısına çıxdı: "Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə..."
TRAMPLA PUTİN TELEFONDA MÜZAKİRƏ APARDI: nələr razılaşdırıldı? - "Bu, utancverici..."
Sergen Yalçın start 11-i müəyyənləşdirib - SİYAHI
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan.. - Ermənilər Bakıda hakim qarşısında
Tovuzda 32 yaşlı ər arvadını öldürüb (Yenilənib)
Pedaqoji Universitetdə açılış olub - FOTOLAR
PUTİN RAMİZ MEHDİYEVİN PLANINI AZƏRBAYCANA VERİB? - Nələr olacaqmış? (Sensasiyalı iddialar)
Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi - MHŞ-dən qərar
Müdafiə Nazirliyi paradla bağlı məlumat yaydı
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Naxçıvanda 19 min hektardan artıq sahədə taxıl əkiləcək
Rusiya Ukrayna ordusunun təlim bölməsinə raket zərbəsi endirib, ölən və yaralananlar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ermənistan MTX: Sosial şəbəkələrdə vəzifəli şəxslərin adından saxta profillər yaradılır
Neftçalada qanunsuz ov edən şəxs saxlanılıb
İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
Biləsuvarda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
Sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub
Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir
TDT-nin diaspor qurumlarının rəsmiləri Qarabağda olublar
Tbilisidə çirkli pulların yuyulması ilə məşğul olan beş Rusiya vətəndaşı saxlanılıb
Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır
Yılmaz Vural istefaya göndərildi, Sərvət Çətin gətirildi - Türkiyə klubunda Baş məqçi dəyişib
"Hər hansı çağırış daxil olmayıb" - TƏBİB Ramiz Mehdiyevin səhhəti barədə yayılan xəbərə belə cavab verdi
Hərbi Prokurorluqda yeni təyinatlar olub - ADLAR
Prezident daha bir səfirin etimadnaməsini qəbul etdi - FOTO
Pakistanda yük maşını dərəyə yuvarlanıb - 15 nəfər ölüb
Nurlan Allahverdiyev 47 kq narkotiklə saxlanılıb
Sabah yağış yağacaq
Mərkəz rəhbərinin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Prezident İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib - FOTO
İlham Əliyev BMT rəsmisini qəbul edib - Müzakirə + FOTO