İlham Əliyev Misirdə: Qəzza üzrə yekun atəşkəs sazişi imzalandı - "Bu, dünya üçün böyük bir gündür" (VİDEO, Yenilənib)
13-10-2025 [22:19]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub.
Mia.az xəbər verir ki, dövlət başçısı oktyabrın 13-də Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını qarşıladı, sonra birgə foto çəkdirildi.
Daha sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.
Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.
Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.
Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq dedi: "Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi?İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır.
***
Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb.
Mia.az xəbər verir ki, sənəd Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən Yaxın Şərq Sülh Sammiti çərçivəsində imzalanıb.
Tədbirdə ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
"Bu, dünya üçün böyük bir gündür, bu, Yaxın Şərq üçün böyük bir gündür", - Tramp deyib.
ABŞ Prezidenti Qəzza sazişini ən böyük və ən mürəkkəb saziş adlandırıb: "Onlar həmişə Yaxın Şərqdə III Dünya Müharibəsinin başlayacağından danışırlar, lakin bu, baş verməyəcək. Biz bunun heç bir yerdə başlamasını istəmirik və bu, baş verməyəcək"(Report).
***
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.
Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.
Daha sonra Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.
Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.
***
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Mia.az xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamlayıb.
Avropa Liqası: "Fənərbağça" "Ferensvaroş"la bacarmadı
İraqda qaz yatağına hücum olub - Rəsmi Ankara hərəkətləndi
ABŞ-la Venesuela müharibənin astanasında - Prezident döyüş təyyarələrinə "hazır olun" əmrini verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MEDİA-nın icraçı direktoru Özbəkistan nümayəndə heyəti ilə görüşüb
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Şərurda yük maşını 75 yaşlı qadını vuraraq öldürüb
Ukrayna Rusiyaya 14 mülki şəxsi təhvil verib
Ukraynanın müdafiə naziri Brüsseldə NATO Baş katibi ilə görüşəcək
İordan çayının Qərb sahilində gərginlik - Bir nəfər güllələnib
"Fənərbağça"lı iki oyunçu eyni komandaya gedir
Nadir köpəkbalığı növü sahilə "vurdu", camaat doğrayıb ətini daşıdı - Üç dəqiqə içində (FOTTO)
Köpəkbalığı qadın parçalayıb - Avstraliyada
Yeni icra başçısı tələbələrlə görüşüb
BMT-dən hesabat: "Bu ölkədə 21 milyondan çox insan aclıq çəkir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İstanbula güclü yağış yağacaq - Xəbərdarlıq
İndoneziyada təbii fəlakət: 61 nəfər ölüb
İki məşhur hospitalla bağlı ağır ittiham var
Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb
PLASTİK CƏRRAHLARLA BAĞLI YENİ QƏRAR VERİLDİ - Nələr olacaq?
ARB 24-ün fəaliyyətə başlamasının 7 ili tamam olur
Mikayıl Cabbarov federasiya prezidenti seçildi
Hakan Fidan Almaniyaya gedir
Xəzər TV: "2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb"
“Xəzər TV”də veriliş Almaxanıma görə yarımçıq saxlanılıb? - Müğənninin atası danışdı
Abşeronda silsilə oğuurluq edən şəxs tutulub
Papa Türkiyəyə gəlib - 70-dən çox jurnalistlə (FOTOLAR)
Azərbaycanla İordaniya arasında yeni sənədlər imzalanıb
Rayonlara yağış yağacaq - Sabahın hava proqnozu
Prezident Qaradağda - İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında + FOTOLAR
İstanbulda 175 kq-dan çox kokain "ələ keşirilib"
Kino Agentliyi deputat Hikmət Babaoğluna 4000 manat ödəyib
Bakıda küçədən iki nəfərin meyiti tapıldı