Xankəndi məktəbin direktoru vəzifədən azad olunub: "Yeni təyinat gözləyirəm"

img

01-10-2025 [17:56]


Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib.

O bildirib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir: “65 yaşıma iki il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm”.

Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA