İlham Əliyev Xocavənd sakinləri ilə bir arada: "Heç kim bizim qabağımızda dura bilməz" (FOTOLAR)
14-09-2025 [18:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı sakinlərlə söhbət etdi.
Qadın sakin: Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun, siz də xoş gəlmisiniz.
Qadın sakin: Xoş gəlmisiniz, şükür bugünkü günümüzə, 30 illik həsrətə son qoyduq.
Prezident İlham Əliyev: Xoş gəlmisiniz, son qoyduq.
Qadın sakin: Allah canınızı sağ eləsin.
Prezident İlham Əliyev: Sağ olun.
Kişi sakin: Hörmətli Prezident, xoş gəlmisiniz.
Qadın sakinlər: Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Digər kişi sakin: Xoş gəlmisiniz. Siz gələn yollar, ayağınız dəyən torpaqlar cənnətə dönür.
Prezident İlham Əliyev: Sağ ol.
Kişi sakin: 30 il işğalda olmuş torpaqlarımızı geri qaytardınız, bizim torpağımızı, vətənimizi bizə qaytardınız.
Prezident İlham Əliyev: Elədir, siz də xoş gəlmisiniz.
Kişi sakin: Çox sağ olun, var olun, minnətdarıq.
Qadın sakin: Allah Sizə dəyməsin.
Prezident İlham Əliyev: Sağ olun, xoş gördük. Salaməleyküm.
Kişi sakin: Xoş gəlmisiniz, Allah köməyiniz olsun.
Sakinlər: Sağ olun. Xoş gəlmisiniz, Allah köməyiniz olsun, Allah Sizə cansağlığı versin. Şükür bugünkü günümüzə, Allah canınızı sağ eləsin. Bütün bunları Siz etdiniz.
Prezident İlham Əliyev: Doğrudan da tarixi günlər yaşayırıq. Sizi ürəkdən təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Doğma Qarabağ torpağında artıq gəlib yerləşdiniz. Burada bir neçə kəndin sakinləri görüşə gəlib. Bu gün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. "Böyük Qayıdış" Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik.
Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni, burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni, artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq.
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Amma sülh şəraitində yaşamaq üçün əlbəttə ki, güc lazım idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bilirsiniz, biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər. Əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı.
Sakinlər: Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Allah onlara rəhmət eləsin. Ancaq Vətən uğrunda şəhid olmaq, əlbəttə ki, böyük qəhrəmanlıqdır və onların xatirəsini biz əbədi yadımızda saxlayacağıq, onların xatirəsinə əbədi hörmət edəcəyik.
Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Sizin yaşadığınız kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın. Sizi təbrik edirəm.
İşğal dövründə harada yaşamısınız?
Qadın sakin: Mingəçevirdə yaşamışıq.
Sakinlər: Allah canınızı sağ eləsin. Çox sağ olun. Allah Sizi başımızın üstündən əskik etməsin.
Kişi sakin: Cənab Prezident, bizə bu sevinci, bu hissi yaşatdığınıza görə Sizə çox-çox minnətdarıq. Allah dövlətimizi, Sizi, Bayrağımızı qorusun. Yaşasın Azərbaycan! Siz demişkən, Qarabağ Azərbaycandır!
Digər kişi sakin: Çox sağ olun, var olun. Sizin ayağınız dəyən yerlər cənnətə dönür. Bu gün biz 30 il həsrətində qaldığımız torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmışıq. Sizə minnətdarlığımızı bildiririk. Allah Sizə uzun ömür, cansağlığı versin.
Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?
Kişi sakin: Bir müddət Beyləqanda yaşamışıq, sonra isə Bakıya köçmüşük. Bu günə şükür. Allah Sizi var eləsin, öz torpaqlarımızda daimi yaşayacağıq.
Prezident İlham Əliyev: İndi doğma torpağa qayıtmısınız. Amma gənc qızlar görünür ki, buranı heç vaxt görməyiblər, eləmi? Amma yenə də qayıdıblar. Siz harada yaşamısınız?
Gənc qız: Biz Qaradağda, Lökbatanda.
Prezident İlham Əliyev: Bura kurort yerdir, həm havası, həm suyu.
Qadın sakinlər: Çox qəşəngdir, havası çox təmizdir. Nəvələrim beş gündür ki, burada qəşəng dincəlir, istirahət edirlər.
Prezident İlham Əliyev: Bəh, bəh, bəh, Allaha şükür.
Sakinlər: Allah canınızı sağ eləsin.
Kişi sakin: Bu xalqın yolunda çəkdiyiniz əziyyətə, gördüyünüz işlərə görə hamımız Sizə təşəkkür edirik. Çox sağ olun. Dəmir yumruq yerindədir!
Prezident İlham ƏIiyev: Sağ olun.
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi
Rusiya Təhlükəsizlik Şurası: "Tramp tələsməsə, Qrenlandiya referendumla Rusiyaya qatıla bilər"
Prokurorluq orqanlarında yeni qəbul edilən işçilər and içiblər
Biləsuvarda zəlzələ olub
Vaqif Allahverdiyevə ittiham elan olunub
“Xalq Sığorta”, AtaSığorta... - Bu sığorta şirkətlərindən şikayətlər pik həddə çatıb + CƏDVƏL
Ev kirayə verənlərin nəzərinə: cərimə 5 dəfə artırılıb
Bakda 52 yaşlı şəxs 7 kq narkotik vasitə ilə tutulub - VİDEO
"Bakı Metropoliteni" QSC-də yoxlama: pozuntular aşkara çıxarıldı
Əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Məmur olmaq istəyən 1500 nəfər imtahan verəcək - Bu tarixdə