"Qaçqının biri də mən! Nə vaxt kiminsə toyuğuna daş atmışam?" - Seymur Verdizadədən sərt cavab

img

11-09-2025 [20:51]


"Qaçqının biri də mən! Nə vaxt kiminsə toyuğuna daş atmışam? Nə vaxt bir qarışqanı ayaqlamışam?"

MİA.az xəbər verir ki, bu sözləri əslən Cəbrayıl rayonundan olan taninmış jurnalist Seymur Verdizadə deyib.

Jurnalist keçmiş məcburi köçkunlərin doğma yurd-yuvalarina qayıtmayacağı ilə bağli iddiaların əsassız olduğunu bildirib:  "Bizim kənddə təxminən 300 ev tikiləcək. Bu günə kimi 600-dən çox ailə qayıtmaq uçun müraciət edib". 

Seymur Verdizadə daha sonra bunları qeyd edib: "Bir il əvvəl TV Müsavat-ın efirinə çıxıb bəyan etdim ki, Bakıdakı karyeramdan imtina edib Cəbrayıla qayıtmağa, orada daş qaldırmağa, gözətçi işləməyə hazıram. Dedilər ki, köçürulmə dövlət proqramı əsasında həyata keçirilir, səbrli ol..." 

Jurnalist sosial şəbəkə iştirakçılarını obyektiv olmağa səsləyib: "Demirəm danışmayaq. Deyirəm ki, əlimizi vicdanimizın üstünə qoyub danışaq, obyektivlik hissimizi itirməyək. Ən əsası isə milli birliyimizə, həmrəyliyimizə xələl gətirən müzakirələrdən uzaq olaq, bir-birimizi incitməyək, düsmən dəyirmanına su tökməyək".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib