Bolqarıstanın dövlət şirkəti 200 illik qazancını Türkiyəyə verədək - Nazir "Bu, ölkəmizi çətin vəziyyətə saldı" deyir

img

05-09-2025 [18:49]


Türkiyənin BOTAŞ şirkəti lə Bolqarıstanın dövlət şirkəti "Bulgargaz" arasında 2023-cü ildə imzalanan 13 illik təbii qaz alqı-satqısı müqaviləsi qonşu ölkədə böyük böhran yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Bulgargaz”ın 4 milyard türk lirəsini keçən borcunu ödəyə bilməməsindən sonra BOTAŞ qaz axınını tamamilə dayandırıb. 

Məlumata görə, 13 illik müqaviləyə əsasən, Bulgargaz Türkiyədən hər il 1,5 milyard kubmetr təbii qaz almağı öhdəsinə götürüb: "Lakin 1,5 il sonra şirkət aldığı qazın pulunu ödəyə bilməyib. Nəticədə qaz verilişi dayanıb, Bolqarıstanda enerji təchizatı təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaranıb"

 Bolqarıstanın energetika naziri Jeco Stankov mətbuat konfransında razılaşmanı sərt şəkildə tənqid edib. 

O deyib ki, bu anlaşma və Bolqar şirkətinin məsuliyyıətsizliyi ölkni "dalan"a soxub: "Bu müqavilə dövlət şirkətimizi və ölkəmizi çox çətin  vəziyyətə saldı. İndi aydın olur ki, dövlət şirkəti "Bulgargaz" gələcək 200 il ərzində əldə edəcəyi bütün qazancı Türkiyə tərəfinə köçürməyəə məcburdur"

Stankov qeyd edib ki, sazişdə müqaviləyə heç bir halda  xitam bəndi yoxdur: "Bu da hazırkı şəraitdə ölkə iqtisadiyyatına ağır yük qoyur. Türkiyə ilə yaxın günlərdə danışıqlara başlayacağıq. Görək nəticə nə olacaq..."

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR