Türklər "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz" sualına belə cavab verir - Sorğu

img

03-09-2025 [17:09]


Türkiyədə ana müxalifət partiyası CHP-yə qarşı təzyiqlərin artdığı bir dönəmdə sosialoji sorğu keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Area Araştırma Mərkəzi 81 şəhər üzrə seçmə üsulu ilə respondetlərə "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz" sualı ünvanlayıb.

Mərkəzin açıqladığı nəticəyə əsasən, 22-24 avqust 2025-ci il tarixləri arasında keçirilən sorğuya qatılanların 30,9 faizlə CHP,  30 faizlə AKP deyib.

Beləliklə, sıralamaya bu partiyalar aşağıdakı səs faiziylə liderlik ediblər: 

CHP - 30,9%

AK Partiya - 30,0%

DEM Partiyası - 10,0%

MHP - 8,5%

İYİ Partiya - 7.0%

Zəfər Partiyası - 4,8%

Yenidən Rifah Partiyası - 2,0%

Samir MUSAYEV
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 03.09.2025

Sabah yağış yağacaq