"Bayer Leverkuzen" Erik ten Haq ilə yollarını ayırıb

img

01-09-2025 [16:34]


2 ay əvvəl Bundesliqa təmsilçisi "Bayer Leverkuzen"in baş məşqçisi vəzifəsinə başlayan hollandiyalı baş məşqçi Erik ten Haq ilə yollar ayrılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada bildirilib ki, baş məşqçi istefaya yollanıb.

Go Ahead Eagles, Utrecht, Ajax və Mançester Yunayted komandalarını idarə edən 55 yaşlı menecer iyulun 1-dən Bayer Leverkusen klubunun baş məşqçisi vəzifəsinə keçib.

Xatırladaq ki, vəzifəsində 2 ay qalan Ten Haq "Bayer Leverkuzen" ilə 3 rəsmi oyuna çıxıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR