Prezident "ŞƏT plyus" formatındakı görüşə qatılıb - İlham Əliyev çıxış edib (FOTOLAR, Yenilənib)
GÜNDƏM
01.09.2025, 15:56
Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib.
MİA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Çin Xalq Respublikasının Sədri Si Cinpin.
Hörmətli nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar.
İlk növbədə, ŞƏT Sammitinə dəvətə, səmimi qəbula və tədbirin yüksək səviyyədə təşkilinə görə Sədr Si Cinpinə səmimi minnətdarlığımı bildirirəm.
Dost Çin dövlətini ŞƏT-də uğurlu sədrliyi münasibətilə təbrik edir, qarşıya qoyulan məsələlərin həyata keçirilməsində uğurlar arzulayıram.
Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.
Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq.
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir.
Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq.
Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.
Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.
Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
Sonda hörmətli Sədr Si Cinpinə dəvətə görə bir daha təşəkkürümü bildirir, Sammit iştirakçılarına səmərəli iş arzulayıram.
X X X
Qeyd edək ki, "ŞƏT plyus" formatında keçirilən görüşə 20-dən ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub.
Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.
ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.
***
Bu gün Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş öz işinə başlayıb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə qatılıb.
O, tədbirdə geniş çıxış edib.
***
Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.
Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.
"Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk", - deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.
***
Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib.
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən iclasda çıxışı zamanı deyib: "Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Nazir: "Təhsil yalnız bilik vermək deyil, həm də..."
Bugün, 11:35 CƏMİYYƏT
-
"Deyirlər ki, namus əldən getdi…” - Yazıçı Orhan Pamukun keçmiş sevgilisi izləycilərinə elə mesaj verdi ki…
Bugün, 11:26 ŞOU-BİZNES
-
Daha iki aktyor “Uzak Şəhər”lə vidalaşır
Bugün, 11:10 MƏDƏNİYYƏT
-
MOSKVADA MOBİL TELEFON KƏSİLƏCƏK – Putin paradla bağlı təhlükəsizliyi gücləndirir
Bugün, 11:02 GÜNDƏM
-
İstanbulda 11 İŞİD üzvü tutulub
Bugün, 10:55 DÜNYA
-
Səyyad Aran: "Mənim adıma saxta “Seyyad Aran” profili yaradıb" - FOTO
Bugün, 10:50 SİYASƏT
-
Rusiya Ukraynanın 5 şəhərinə ağır zərbələr endirib - Ölən və yaralananlar var
Bugün, 10:37 GÜNDƏM
-
Türkiyənin 17 şəhərində FETÖ-yə qarşı əməliyyat: həbslər var
Bugün, 10:32 DÜNYA
-
Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib - Azərbaycandan keçməklə
Bugün, 10:27 İQTİSADİYYAT
-
Haqqın.az saytı kimə satılıb? - BU GÜN TƏHVİL-TƏSLİM İŞLƏRİ APARILACAQ
Bugün, 10:19 PRESS
-
FİFA “Neftçi”yə qadağa qoydu - Transferlə bağlı
Bugün, 10:06 İDMAN
-
Gəncədə 14 yaşlı uşaq bıçaqlanıb
Bugün, 10:04 KRİMİNAL
-
İran niyə Fujayranı vurdu? - Alternativ enerji yollarına mesaj, yoxsa böyük qarşıdurmanın başlanğıcı? (TƏHLİL)
Bugün, 10:02 SİYASƏT
-
"Sən məni təhqir edə bilməzsən" - Meyxanaçı Rüfət Nasosnudan qəzəbli açıqlama
Bugün, 09:49 ŞOU-BİZNES
-
Sahibə Qafarova Monteneqroya səfər edib - FOTO
Bugün, 09:49 SİYASƏT
-
Səhiyyə Nazirliyindən getdi, TƏBiB-də vəzifə verildi
Bugün, 09:43 CƏMİYYƏT
-
Azərbaycan nefti 9 dollardan çox ucuzlaşdı
Bugün, 09:13 İQTİSADİYYAT
-
XİN: “İran ABŞ-ın təkliflərini müzakirə edir”
Bugün, 09:03 GÜNDƏM
-
Biləsuvarda 20 və 23 yaşlı gənclər bıçaqlandı
Bugün, 08:50 KRİMİNAL
-
Çempionlar Liqası: PSJ Almaniya nəhəngini devirərək finala yüksəldi
Bugün, 00:59 İDMAN
-
İsrail “Hizbullah”ın Radvan Qüvvələrinin komandirini öldürüb – Beyrutda…
Bugün, 00:18 DÜNYA
-
“İRANLA RAZILIĞA GƏLƏCƏYİK” – Tramp jurnalistin tarixlə bağlı sualına isə konkret cavab verə bilmədi
Bugün, 00:11 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Rəsmi Bakıdan Fransa XİN başçısının sözlərinə sərt reaksiya: "Bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik"
06.05.2026, 22:35 SİYASƏT
-
Gərginlik yenə artdı - ABŞ ordusu İran tankerinə zərbə endirdi
06.05.2026, 22:33 GÜNDƏM
-
Aİ Komissarı: “Türkiyə çox vacib regional tərəfdaşdır"
06.05.2026, 22:10 DÜNYA
-
Ceyhun Bayramov Ukrayna XİN başçısı ilə müzakrə apardı
06.05.2026, 21:41 SİYASƏT
-
Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır - Kütləvi ixtisarlar başlayıb
06.05.2026, 21:34 CƏMİYYƏT
-
14 ekspertlə 3 saatdan çox davam edən görüş... - Vəkil yazır
06.05.2026, 21:17 YAZARLAR
-
Zelenski İlham Əliyevə zəng edib
06.05.2026, 20:31 GÜNDƏM
-
Hərbi xidmətə yollanan bəzi şəxslərə üçaylıq məvacib həcmində müavinət veriləcək
06.05.2026, 19:46 CƏMİYYƏT
-
“Azercell”in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2026” uğurla baş tutdu - FOTOLAR
06.05.2026, 18:48 İDMAN
-
Novxanıda qətl törədilib
06.05.2026, 18:03 KRİMİNAL
-
Türkiyədə MSK-yə yeni sədr seçildi
06.05.2026, 17:49 DÜNYA