Joze Mourinyo istefaya göndərildi - 20 milyon avro təzminat ödəniləcək

img

29-08-2025 [11:23]


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Benfika"ya məğlub olaraq yarışla vidalaşan "Fənərbağça"da bu gün baş məşqçi qovulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, az əvvəl klub idarə heyəti baş məşqçi Joze Mourinyonu istefaya yollayıb.

Məlumata görə, ona 20 milyon avrodan çox təzminat ödəniləcək: "Bunun təxminən 5 milyon avrosu köməkçilərinə, 15 milyon avrosu isə özünə çatacaq".

Komandaya kimin rəhbərlik edəcəyi isə hələlik bəlli deyil.

Fərid Əhmədov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA