Renato Sançes "Trabzonspor"a yox dedi - "Panatinaikos" oyunçunu heyətinə qatdı

img

26-08-2025 [08:53]


Yunanıstanın "Panatinaikos" komandası "PSJ"dən portuqaliyalı futbolçu Renato Sançeşi heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada bildirilib ki, oyunçu icarə əsasında transfer edilib.

Oyunçu ilə Türkiyənin "Trabzonspor" klubu da maraqlanırdı lakin, oyunçu onlara "yox" cavabı verib.

Xatırladaq ki, Renato Sançes ötən mövsümü icarə əsasında "Benfika" klubundan keçirib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA