"SƏDƏRƏK"DƏ GÜCLÜ YANĞIN... - VİDEOLAR, FOTOLAR (Yenilənir)

img

24-08-2025 [15:06]


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Mia.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Bu barədə Mia.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Nazirlikdən Mia.az-a bildirilib ki, hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

***

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib.

Mia.az xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. 

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir. 

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Mia.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın davam edir.

Mia.az hadisə yerindən görüntüləri təqdim edir:

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR