Zelenski: "Rusiya Putinlə görüşün qarşısını almaq üçün hər şeyi edir" - "ABŞ-dan güclü siqnal alırıq"

img

22-08-2025 [23:57]


"Moskva Rusiya prezidenti Vladimir Putinlə potensial görüşün baş tutmaması üçün hər şeyi edir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenski paytaxt Kiyevdə NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında qeyd edib ki, Moskva müharibənin bitməsini gecikdirmək üçün davamlı olaraq yeni ultimatumlar verir.

Rusiyadan fərqli olaraq Ukraynanın liderlərlə görüşməkdən çəkinmədiyini deyən Zelenski əlavə edib ki, o, istə\nilənsəmərəli təklifə açıqdır: “Biz mümkün qədər səmərəli işləməyə hazırıq. Moskvanı sülhə məcbur etmək üçün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməlidir. ABŞ-dan danışqılarla bağlı güclü siqnallar alırıq. Avropa və koalisiyaya daxil olan digər ölkələr sülhə kömək etməyə hazırdır və buna görə minnətdarıq".

Təhlükəsizlik zəmanətləri mövzusunda ABŞ-la ortaq anlaşma əldə etdiklərini qeyd edən Zelenskinin sözlərinə görə, Amerika Ukrayna üçün təhlükəsizlik zəmanətində yer almağa hazırdır: "Biz ilk dəfədir ki, bu səviyyəyə çatırıq. Bizm isə məqsədimiz NATO-nun 5-ci maddəsinə bənzər aydın və effektiv təminatlara nail olmaqdır"

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR