Könül Kərimova: “Uğurlu liderlik sadəcə sürət deyil, doğru istiqamətdir” - MÜSAHİBƏ
İQTİSADİYYAT
15.05.2025, 15:58
Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə direktoru Könül Kərimova sürətlə dəyişən biznes dünyasında liderlik anlayışını öz baxış bucağından təqdim edir.
Onun sözlərinə görə, əsl liderlik yalnız nəticələrin sürəti ilə ölçülmür – əsas olan düzgün istiqaməti seçmək, insanlara ilham vermək və uzunmüddətli dəyər yaratmaqdır.
- Uğurlu liderlik sizin üçün nə deməkdir?
- Mənim üçün liderlik, ilk növbədə, gələcəyi aydın şəkildə görməkdir. Lider bu vizionu qəlbində hiss etməli, ona inanmalı və hər addımında bu həvəsi yaşatmalıdır. Əgər rəhbərin özü ruhlanmırsa, heç vaxt başqalarına da ilham verə bilməz.
Sonra bu vizionu komanda, tərəfdaşlar və maraqlı tərəflərlə bölüşmək gəlir. İnsanlar yalnız o zaman eyni enerjini hiss edə bilirlər. Və ən sonda – məqsədə aparan dəqiq yol xəritəsi qurmaq vacibdir. Mənim üçün liderlik vizion, ilham və sistemli fəaliyyətin vəhdətidir.
- Niyə liderliyin sürətdən çox istiqamətlə bağlı olduğuna inanırsınız?
- Sürət, bəli, vacibdir. Amma yalnız doğru istiqamət seçildikdə fayda gətirir. Mənim təcrübəmdə bunun həm müsbət, həm də mənfi nümunələri olub.
Bir dəfə bir layihəyə çox tələsik başladıq. Qrafik sərt idi, amma ideyanı kifayət qədər analiz etməmişdik. İşin ortasında gördük ki, xərclər faydadan dəfələrlə çoxdur. Nəticədə tələskənlik bizə baha başa gəldi və hər şeyi dayandırıb planı yenidən qurmağa məcbur olduq.
Tam əks vəziyyəti telekommunikasiya sektorunda yaşadım. İdeya doğrudur, istiqamət düzgün idi, amma qərarların gecikməsi səbəbindən layihə dayandı. Biz bazara çıxanda rəqib artıq irəlidə idi. Onları yaxalamaq üçün həm layihəyə, həm də müştəri qazanmağa böyük sərmayə qoymalı olduq.
Bu hadisələr mənə öyrətdi ki, sürət yalnız düzgün istiqamətlə birləşəndə dəyər yaradır. Əks halda ya resursları boşa xərcləyirsən, ya da fürsəti əldən verirsən. Liderin əsas rolu isə məhz bu incə məqamı düzgün ayırd edə bilməkdir.
– Sürət təzyiqini uzunmüddətli vizionla necə tarazlamaq olar?
- Bu, lider olaraq tez-tez qarşılaşdığım ən böyük çətinliklərdəndir. Çox vaxt qərar “indi və dərhal” tələb edir. Xüsusilə də inkişaf etməkdə olan bazarlarda.
Mənim yanaşmam budur: hər bir qərara həm bu gün, həm də sabahın prizmasından baxmaq lazımdır. Bu addım bu gün nəyi dəyişəcək? Sabah bizə nə qazandıracaq? Yalnız hər iki tərəfi analiz etdikdə sürətlə strategiya arasında sağlam tarazlıq tapmaq mümkündür.
– Planın doğru sürətlə və düzgün istiqamətdə getdiyinə necə əmin olursunuz?
- Düzünü desəm, planlar çox vaxt nəzərdə tutulduğu kimi getmir. Amma icranı səmərəli etmək üçün mexanizmlər vacibdir. Necə ki, səyahət edərkən hədəfə çatmaq üçün aydın marşrut lazımdır, biznesdə də yol xəritəsi, mərhələlər və dəqiq addımlar vacibdir.
Burada əsas məsələ göstəricilərdir. Hər mərhələnin niyə vacib olduğunu və bizə nə qazandıracağını dəqiq müəyyənləşdirmək lazımdır. Müştəri sayı, xidmət keyfiyyəti, əməkdaş məmnuniyyəti, bazar payı, istifadəçi statistikası – bunların hər biri layihədən asılı olaraq uğurun meyarına çevrilə bilər. Əgər nəticələr vaxtında və planla üst-üstə düşürsə, deməli, yolumuz da, sürətimiz də doğrudur.
– “Doğru istiqaməti” komandanıza necə çatdırırsınız?
- Əvvəlcə liderin özü inamlı olmalıdır. Əgər sən gördüyün işin yalnız maaş və vəzifə deyil, cəmiyyət və insanlar üçün real dəyər yaratdığına inanırsansa, o ruh başqalarına da keçir.
Məsələn, bu gün mən pərakəndə sektorunda maliyyə direktoru kimi çalışıram, çünki inanıram: pərakəndə yalnız iqtisadiyyat üçün deyil, həm də insanların rifahı, yeni liderlərin və peşəkarların yetişməsi üçün vacib bir platformadır. Bu inamla hər təşəbbüsü paylaşmaq daha asandır: sən sadəcə addımları izah etmirsən, həm də niyə vacib olduğunu göstərirsən.
– Liderlik haqqında ən çox yayılmış yanlış təsəvvür nədir?
- Ən çox rast gəlinən yanlış təsəvvür budur: guya lider hər şeyi bilməlidir. Mənim üçün liderlik – hər şeyi bilirmiş kimi davranmaq deyil, düzgün suallar vermək və insanların öz fikirlərini sərbəst ifadə edə biləcəyi mühiti yaratmaqdır.
Karyeram boyu gördüyüm ən yaxşı ideyalar məndən yox, özünü inamlı hiss edən əməkdaşlardan gəlib. Buna görə də inanıram: liderin əsas missiyası başqalarının yaradıcılığını və zəka potensialını üzə çıxarmaqdır.
– Gələcəkdə liderlik üçün hansı keyfiyyətlər ön planda olacaq?
- Məncə, gələcək onilliyin lideri üç əsas keyfiyyətə sahib olmalıdır: çeviklik, empatiya və vizion. Dünya hər zamankından daha sürətlə dəyişir və lider əsas istiqaməti itirmədən uyğunlaşmağı bacarmalıdır.
Eyni zamanda, empatiya getdikcə daha vacib olur – insanlar liderdən təkcə nəticə deyil, həm də dinləməyi, qayğı göstərməyi gözləyirlər. Və əlbəttə ki, vizion – liderin əbədi kompasıdır. Onsuz sürət də, çeviklik də asanlıqla xaosa çevrilə bilər.
Qısacası, gələcəyin uğurlu liderləri çevik düşünən, insanlarla dərin bağ quran və hamını aydın, mənalı bir gələcəyə aparan rəhbərlər olacaq.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BƏƏ: “İrana qarşı müharibədə fəal iştirak etməmişik”
Bugün, 20:08 DÜNYA
-
Konqoda təhlükəli xəstəlik yenidən yayılır - Daha iki ölkəyə xəbərdarlıq olunub
Bugün, 19:59 DÜNYA
-
QMİ: "Məscidlərdə bayram namazı mayın 27-də qılınacaq"
Bugün, 19:54 GÜNDƏM
-
Türkiyədə şagirdləri daşıyan mikroavtobus aşdı: 2 məktəbli və sürücü öldü…
Bugün, 19:53 KRİMİNAL
-
"Karvan-Yevlax" "sinifdə qaldı"
Bugün, 18:45 İDMAN
-
Borrell üzə çıxdı, Aİ-ni tənqid elədi: “Dünya siyasətində təsirli deyilik” – “İttifaq daxilidə yeni ittifaq qurulmalıdır"
Bugün, 18:43 SİYASƏT
-
Almaniya lideri: “ABŞ-a oxumağa və işləməyə getməyin” – “Öz ölkəmiz sizə gələcək vəd edir”
Bugün, 18:08 GÜNDƏM
-
"Fənərbağça" "Borussiya Dortmund"un 32 yaşlı futbiolçunu istəyir
Bugün, 18:04 İDMAN
-
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır
Bugün, 17:25 GÜNDƏM
-
TDT Baş katibinə yeni müavin təyinatı olacaq
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
ADY 258 minlik qəhvə, kəklikotu, darçın, mixək, şokolad alacaq
Bugün, 16:50 İQTİSADİYYAT
-
Bakı-Ələt magistral yolundakı körpü çöküb - VİDEO
Bugün, 16:50 CƏMİYYƏT
-
Daha bir futbolçu "Fənərbağça"dan gedir
Bugün, 16:27 İDMAN
-
Prezident İlham Əliyev TDT Dövlət başçılarının görüşündə: yeni mesaj verildi, bəyannamə imzalandı - FOTO (Yeniləniib)
Bugün, 16:27 GÜNDƏM
-
19 apreldəki imtahanların nəticələri elan edildi - Bir nəfər ən yüksək bal toplayıb
Bugün, 16:19 CƏMİYYƏT
-
Bakı - Naxçıvan və əksinə uçuşlar niyə ləngiyib? - "Araşdırma gedir"
Bugün, 16:11 CƏMİYYƏT
-
İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində - FOTOLAR
Bugün, 16:06 GÜNDƏM
-
Yağış yağacaq - Xəbərdarlıq
Bugün, 16:06 GÜNDƏM
-
“Qalatasaray”ın qolkiperi komandadan ayrılır
Bugün, 15:34 İDMAN
-
"Ezamiyyə xərclərinin normaları haqqında" qərar dəyişib
Bugün, 15:12 İQTİSADİYYAT
-
İran XİN bu ölkəni açıq şəkildə hədələdi: “Hər şeyin bir sərhədi var!”
Bugün, 14:54 GÜNDƏM
-
TDT ölkələrinin XİN başçıları bir araya gəldi
Bugün, 14:49 GÜNDƏM
-
Prezidentlər Türküstanda - FOTOLAR
Bugün, 14:28 GÜNDƏM
-
Bakıda ictimai çimərliklər mövsümə hazırlanıb
Bugün, 14:01 CƏMİYYƏT
-
Əziz Yıldırım “Fənərbağça”ya 200 milyon avro sərmayə qoyacaq? – Ulduz futbolçular “qaralanıb”
Bugün, 13:44 İDMAN
-
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır - FOTOLAR
Bugün, 13:20 İQTİSADİYYAT
-
Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabı çapdan çıxıb
Bugün, 13:05 PRESS
-
Gömrükdə vəzifəli şəxslərinin Etik Davranış Kodeksində dəyişikliklər edilib - DETALLAR
Bugün, 12:55 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Qazaxıstanda belə qarşılandı - FOTOLAR
Bugün, 12:34 GÜNDƏM
-
“Qalatasaray” “Kasımpaşa” matçına hazırlaşır – Okan Buruk meydana hansı oyunçularla çıxacaq?
Bugün, 12:21 İDMAN
-
Sabah yağışlı hava olacaq - Proqnoz
Bugün, 12:14 CƏMİYYƏT
-
İstanbul boğazı bağlandı - Dron hücumuna məruz qalan gəmiyə görə
Bugün, 12:03 GÜNDƏM
-
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir
Bugün, 11:57 GÜNDƏM