Müğənni Dəniz Əsədovanın cəzası artırıldı - Məhkəmə qərar verdi

img

18-08-2025 [13:56]


Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

Mia.az xəbər verir ki, bununla bağlı hökm Binəqədi rayon Məhkəməsində verilib.

Dəniz Əsədova daha bir nəfəri təhqir etməkdə və böhtan atmaqda təqsirli bilinib. Dəniz Əsədova barəsində digər hökmdə bu cəzasına birləşdirilib. Ümumilikdə Dəniz Əsədova əvvəlki hökmlərlə bu hökm birləşdirilməklə qəti olaraq 8 ay azadlıqdan məhrum edilib(Report).

Qeyd edək ki, müğənni vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən 7 ay azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA