Konfrans Liqası: türk komandası pley-off mərhələsinə yüksəldi

img

13-08-2025 [23:55]


Bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Başakşehir Norveçin "Vikinq" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, Başakşehir Fatih Terim stadionunda keçirilən oun bərabərə bitib - 1:1.

Xatırladaq ki, ilk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edən türk komandası bununla da pley-offa yüksəlib.

Başakşehir "Universitatea Craiova" (Rumıniya) - "Spartak Trnava" (Slovakiya) matçının qalibi ilə qarşılaşacaq.

Rumıniya komandası ilk oyunda 3:0 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah keçiriləcək.

Pley-off mərhələsi avqustun 21-28-də keçiriləcək.

Zülfiyyə MUSTAFAYEVA

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA