TRAMP YOLU: 127 il əvvəlki model və ya “Türk NATO-su” yaradılacaq? - TƏHLİL
SİYASƏT
12.08.2025, 15:01
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları, habelə keçirilmiş görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamə ətrafında müzakirələr davam edir. Xüsusilə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi (Zəngəzur dəhlizi – red.) müzakirələrin əsas predmetidir.
ABŞ-ın bu proseslərdə daha aktiv rol almağa başlaması, dəhliz üzərində 99 illik nəzarət mexanizminə sahib olması bir çoxlarına görə Türk Dövlətləri Təşkilatı (TDT) üçün təhlükə yaradır. Çünki dəhliz həm də türk dünyasının 200 illik ayrılığının sonu kimi qiymətləndirilir.
127 il əvvəlki model təkrarlanır…
Əvvəlcə deyim ki, TRIPP layihəsi ilə bağlı rəsmi açıqlamalarda, ya da Birgə Bəyanatda “99 il” ifadəsi işlədilməyib. Nə ABŞ, nə Azərbaycan, nə də Ermənistan hökumətləri bu müddəti təsdiqləyən rəsmi sənəd və ya bəyanat təqdim ediblər. Amma istisna deyil ki, buna dair açıqlanmayan razılaşmalar var. Subyektiv görüşüm belədir ki, qeyd olunan ərazi Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləri olduğu üçün Vaşinqton İrəvanla belə bir saziş imzalamış ola bilər. Eyni qaydada ABŞ-ın Azərbaycanla da maneəsiz hərəkətə dair fərqli saziş imzalaması mümkündür.
99 illik icarə anlayışı beynəlxalq praktikada tanınmış və geniş istifadə olunan modeldir. Bu modelin ən məşhur nümunəsi Honq Konq məsələsidir. Böyük Britaniya 127 il əvvəl – 1898-ci ildə Çindən Honq Konqun bir hissəsini 99 illik müddətə icarəyə götürmüşdü. Müqavilənin müddəti 1997-ci ildə başa çatdı və ərazi Çinə qaytarıldı. Bu cür uzunmüddətli icarə modelləri, adətən, siyasi sabitlik yaratmaq və iqtisadi maraqları qorumaq məqsədilə tətbiq olunur. Məhz bu səbəbdən, TRIPP layihəsinə də bu prizmadan baxmaq məqsədəuyğundur.
O ki qaldı TRIPP layihəsinin Türk Dövlətləri Təşkilatı (TDT) üçün təhlükə yaratması ilə bağlı iddialara, bu yanaşma kifayət qədər səthi və emosional görünür. Əksinə, ABŞ-ın regionda artan fəallığı TDT üçün mühüm imkanlar da yarada bilər. Bu imkanları dəyərləndirə bilmək üçün baş verən prosesləri qlobal güclər arasındakı rəqabət və uzunmüddətli geosiyasi maraqlar kontekstində analiz etmək vacibdir.
Geopolitik şahmat taxtası
ABŞ-ın Zəngəzur dəhlizinə marağı təsadüfi deyil. Cənubi Qafqazın nəqliyyat və enerji dəhlizləri baxımından strateji mövqeyi artıq on illərdir ki, Qərb üçün vacib geosiyasi element olaraq qalır. Lakin bu maraqlar əvvəllər daha çox enerji axınlarının təminatı və Rusiya ilə balans yaratmaq çərçivəsində nəzərdən keçirilirdisə, indi daha kompleks xarakter alıb. Çinlə Qərb arasında davam edən texnoloji və iqtisadi qarşıdurma, Şərqdən Qərbə alternativ ticarət yollarının aktuallaşması, eləcə də Rusiya və İranın regiondakı təsir imkanlarının zəiflədilməsi ABŞ-ın bu dəhlizə marağını daha da artırır. Başqa cür desək, Türk dünyası üçün həyati əhəmiyyət daşıyan dəhliz eyni zamanda qlobal güclər tərəfindən oynanılan bir “geopolitik şahmat taxtası”na çevrilib.
Təşkilatın son illərdə siyasi, iqtisadi və mədəni inteqrasiya istiqamətində atdığı addımlar, onu regionda real güc mərkəzinə çevirə biləcək potensiala malik edir. Lakin bu potensialın reallaşması üçün sadəcə daxili dinamika kifayət etmir. Xarici güclərlə münasibətlərin düzgün qurulması, TDT-nin geosiyasi əhəmiyyətini artıran, lakin müstəqilliyini məhdudlaşdırmayan əməkdaşlıq formatları formalaşdırmaq vacibdir. Bu baxımdan ABŞ-la mümkün tərəfdaşlıq effektiv ola bilər. Təbii ki, bu münasibətlər ağıllı şəkildə idarə olunarsa…
TDT üçün ideal yol
Müqayisə üçün Aİ və NATO nümunələrini misal göstərmək olar. Məlum olduğu kimi, hər iki təşkilat ABŞ-la sıx əməkdaşlıq edir. Özü də bu əməkdaşlıq onların müstəqilliyini itirdiyi anlamına gəlmir. Əksinə, bəzi hallarda bu qurumlar ABŞ-ın qlobal siyasətində balanslaşdırıcı rol oynaya biliblər. Məsələn, Fransa və Almaniya zaman-zaman ABŞ-ın Yaxın Şərq və İran siyasətinə qarşı açıq şəkildə müstəqil mövqe ortaya qoyublar. NATO daxilində Türkiyənin sərbəst manevrləri, xüsusilə Rusiya ilə əlaqələri, bu əməkdaşlığın sadəcə tabeçilik üzərində qurulmadığını göstərir. Bu nümunələr sübut edir ki, ABŞ-la yaxın münasibətlər müstəqillik itkisinin zəruri nəticəsi deyil. Əsas məsələ həmin əməkdaşlıq formatının necə dizayn edilməsi və hansı dəyərlər üzərində qurulmasıdır.
Türk Dövlətləri Təşkilatı da bu yolu izləyə bilər. Əgər təşkilat ABŞ və digər Qərb aktorları ilə münasibətlərində “müstəqil tərəfdaşlıq” modelini əsas götürərsə, bu, ona həm beynəlxalq legitimlik qazandırar, həm də təşkilatın üzv ölkələri üçün geosiyasi manevr imkanlarını genişləndirər.
Təəssüf ki, TDT-nin gələcəyindən pozitiv danışanlar hazırda Mərkəzi Asiya ölkələrinin əksəriyyətinin Rusiya və Çin arasında çətin balans siyasəti yürütdüyünü unudur. Bu ölkələrin bir çoxu KTMT və ŞƏT üzvüdür, yəni onların TDT çərçivəsində aktivləşməsi birbaşa Rusiya və Çin tərəfindən nəzarətdə saxlanılır. Lakin əgər TDT beynəlxalq aktorların dəstəyi ilə daha çox beynəlmiləlləşərsə, bu ölkələr üçün də ikinci bir “təhlükəsizlik çətiri” rolunu oynaya bilər.
“Türk NATO-su” yaradılacaqmı?
ABŞ üçün də bu proses əhəmiyyətlidir. Hər şeydən öncə bu məqamı göz önündə saxlamaq lazımdır. Çünki Vaşinqton illərdir rəqiblərinin təsir imkanlarını zəiflətmək üçün bufer zonalar formalaşdırmağa çalışır. SSRİ ilə rəqabətdə ABŞ NATO-nu yaratdı. Çin ilə rəqabətdə isə AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ), QUAD (ABŞ, Yaponiya, Hindistan Avstraliya) örnəkləri var. Son illərdə isə İrana qarşı Yaxın Şərqdə İbrahim Sazişləri (Abraham Accords) layihəsi üzərində işlər gedir. Məsələyə aydın baxdıqda Vaşinqtonun nə etmək istədiyini görmək mümkündür. Bu mənada Türk dünyası da ABŞ üçün strateji müttəfiqə çevrilə bilər. TDT-nin gələcəkdə NATO-ya bənzər təhlükəsizlik mexanizmlərinə, Aİ-yə bənzər iqtisadi inteqrasiyaya sahib olması, ABŞ üçün regionda həm sabitlik deməkdir, həm də rəqiblərinə qarşı təsir mexanizmi…
Son olaraq qeyd edim ki, Türk Dövlətləri Təşkilatı imzalanan sənədi “tarixi inkişaf” kimi qiymətləndirib. Baş katibin bəyanatında Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifahın təmin olunması üçün bu razılaşmanın mühüm mərhələ olduğu vurğulanıb. Bu mövqe həm də göstərir ki, TDT öz üzvü olan Azərbaycanın mövqeyini dəstəkləməklə yanaşı, regional sülhün qlobal diplomatik gündəlikdə qalmasına töhfə vermək niyyətindədir. Həmçinin təşkilat öz gələcəyi baxımında prosesin əhəmiyyətini dərk edir.
Turan Rzayev, politoloq
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məşhur aparıcı telekanaldan ayrıldı
Bugün, 00:24 PRESS
-
“Fənərbağça”nın prezidentinin evində gənc qadın ölüb
Bugün, 00:12 DÜNYA
-
Sabiq spiker Ərdoğandan sonrakı dönəm üçün elə iddia irəli sürdü ki… - “O, qalxıb deyə bilməz ki, qardaşım…”
Bugün, 00:05 SİYASƏT
-
Xanımı İbrahim Borçalıdan üzr istədi: "Onu əlimdən buraxdığım üçün..."
Bugün, 00:01 ŞOU-BİZNES
-
Türkiyənin daha iki şəhərində kütləvi tədbirlərə qadağa qoyulub - NATO sammitinə görə
30.06.2026, 23:14 DÜNYA
-
DÇ-2026: Norveç yığması növbəti mərhələyə yüksəldi
30.06.2026, 22:58 İDMAN
-
Türkiyə F-16-ları Afrika ölkəsində əməliyyatda – Minlərlə km uzaqlıqda terror yuvaları vuruldu
30.06.2026, 21:17 GÜNDƏM
-
Nepalda quş qripi sürətli yayılır – 570 min quş məhv edildi
30.06.2026, 19:43 DÜNYA
-
Kılıçdaroğlu daha 26 təşkilat sədrini vəzifədən azad etdi, 7 nəfər isə... - SİYAHI
30.06.2026, 19:07 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda yenidən hakim qarşısında + FOTOLAR
30.06.2026, 19:07 GÜNDƏM
-
Məcburi köçkün statusu ləğv olundu: bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək - DEPUTAT YAZIR
30.06.2026, 19:02 YAZARLAR
-
Ceyhun Bayramov Katrin Bomberger ilə müzakirə apardı - AÇIQLAMA
30.06.2026, 18:10 SİYASƏT
-
Dövlət Ehtiyatları Agentliyi yerli fermerlərdən buğda alacaq
30.06.2026, 18:01 İQTİSADİYYAT
-
Baş nazirin xanımının ölkədən çıxışına qoyulan qadağa götürüləcək? - İstintaqın cavabı gözlənilir
30.06.2026, 17:41 DÜNYA
-
“Beşiktaş” "Bavariya"lı qapıçını almaq istəyir
30.06.2026, 17:27 İDMAN
-
Müsəlman ölkəsində 7 deputat qandallandı - Qadın deputatın isə evindən elə şeylər çıxdı ki… (FOTOLAR)
30.06.2026, 17:16 DÜNYA
-
Prezident İlham Əliyev: "Xəbər bizi son dərəcə sarsıtdı"
30.06.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
30.06.2026, 17:00 İQTİSADİYYAT
-
21 iyundakı imtahanların nəticələri elan edilib
30.06.2026, 16:43 GÜNDƏM
-
Prezident DTX-yə yeni səlahiyyət verdi
30.06.2026, 16:24 GÜNDƏM
-
Prezident korrupsiya haqqında qanuna dəyişikliyi təsdiqlədi - "Xəbər verən şəxs və ya onun yaxın qohumu..."
30.06.2026, 16:16 GÜNDƏM
-
Hadisə “donor kişi” axtarır - “Ana olmaq istəyirəm”
30.06.2026, 16:07 ŞOU-BİZNES
-
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - FOTO
30.06.2026, 15:50 CƏMİYYƏT
-
Azərbaycanda onlar bir ildə bir milyon manatdan çox maaş alıb - RƏQƏMLƏR
30.06.2026, 15:35 İQTİSADİYYAT
-
Mədəniyyət sahəsi üzrə layihələr.. - Qrant müsabiqəsi qaydası təsdiqləndi
30.06.2026, 15:26 MƏDƏNİYYƏT
-
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı - FOTOLAR
30.06.2026, 15:07 İDMAN
-
Əli Əsədov iki yeni qərar imzaladı - Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı, elektron icra isə.. (YENİLƏNİB)
30.06.2026, 15:04 GÜNDƏM
-
Qətər XİN Trampı yalanladı: “ABŞ və İran arasında görüş gözlənilmir”
30.06.2026, 14:42 GÜNDƏM
-
“Kapital Bank”ın rəhbərliyinə yeni təyinat olacaq
30.06.2026, 14:39 İQTİSADİYYAT
-
Emin Əmrullayev: "Təhsil sahəsində sistemli korrupsiya mövcud deyil"
30.06.2026, 14:25 CƏMİYYƏT
-
Almaniyalı blogeri təyyarəyə buraxmayıblar – "Dedilər, çılpaqsan, olmaz!" + FOTOLAR
30.06.2026, 14:08 PRESS
-
İstanbulda daha bir bələdiyyədə əməliyyat: 13 nəfər həbs edildi
30.06.2026, 13:54 KRİMİNAL
-
Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
30.06.2026, 13:25 SİYASƏT
-
Onlayn qumar oynayanları ağır cəzalar gözləyir - Yeni qanun
30.06.2026, 13:15 CƏMİYYƏT