Naxçıvan İpoteka Fondu yenidən formalaşacaq

img

08-08-2025 [18:05]


“Naxçıvan İpoteka Fondu” ASC qeyri-kommersiya hüquqi şəxsinə çevrilərək yenidən təşkil olunur.

Bununla bağlı Muxtar Respublika Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Yeni hüquqi formaya keçidlə fond bütün hüquq və öhdəliklərini saxlanmaqla, əhalinin ipoteka kreditləri ilə təmin olunması və maliyyə resurslarının cəlbi istiqamətində fəaliyyətini davam etdirəcək. Təsisçilik səlahiyyətləri Naxçıvanın Nazirlər Kabinetinə həvalə olunub. Fərmanın uyğunlaşdırılması ilə bağlı təkliflər üç ay ərzində Muxtar Respublika Ali Məclisinə təqdim olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA