İordan çayının qərb sahilində 18 fələstinli həbs edilib

img

06-08-2025 [13:08]


İsrail ordusu Qəzza ilə yanaşı, İordan çayının qərb sahilində əməliyyatları davam etidirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Nablusun şərqində yerləşən Ayn Qaçqınlar Düşərgəsində həyata keçirilən əməliyyat zamanı 6 fələstinlinin evində axtarış aparıb, Tulkərimin şimalındakı Deyr əl-Qusn qəsəbəsində isə fələstinli fəal Mehdi Mahmud Mihnanı başda olmaqla 14 nəfər saxlanılıblar.

Fələstinin rəsmi xəbər agentliyi WAFA yazır ki, Hadr qəsəbəsi və Beytüllahmın qərbindəki Beyt Jala bölgəsindəki evlərə də basqın edilərək, daha 4 fələstinli qandallanıb: "Saxlanılanlar haqqında hələlik məlumat almaq mümkün olmayıb".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR