Peşəkar bacarıqları və şəxsi keyfiyyətləri ilə örnək olan məmur təhsildən ayrıldı
01-08-2025 [14:45]
Hörmətli Dəyanət Fərzəliyevi 20 ildir yaxından tanıyıram. Bəzən elə situasiyalar yaranır ki, bir insanı yaxşı tanımaq üçün uzun illərə ehtiyac qalmır. Dəyanət müəllim təhsil sahəsində rəngarəng, zəngin, uğurlu bir yol keçib və bu sahədə dolğun təcrübə qazanmışdır.
Təhsildən ayrılmasını eşidəndə əvvəl inanmaq istəmədim, çox düşündüm və bu aura ilə də onun nadir insanlara məxsus, mükəmməl şəxsi keyfiyyətləri haqqında bir neçə söz demək qərarına gəldim. Açığı, onun haqqında xoş duyğularla ürəyim dolu olsa da, yazmağa başladığım ilk andan bunları tam ifadə etməyin asan olmadığını hiss etdim.
Bulaq suyunun saflığı qədər şəffaflığı, daxili mədəniyyətdən doğan səmimiyyətin, davranışın məmnunluq yaradan gözəlliyi, qeyri- adi təvazökarlığı, mənəvi tələbatına çevrilmiş vətənpərvərliyi, amal, əqidə daşıyıcısı olan insanın dürüstlüyü, etibarlılığı, şəxsi qürur və ləyaqətini hər şeydən uca tutulmasını sözlə necə, ifadə etmək mümkünmü?...
Zamanla, dəfələrlə həyatda böyük dəyər verdiyim, qarşılıqlı inamımız olan mötəbər şəxslər vacib bir məqamda məndən soruşub ki, flankəs haqqlnda nə deyə bilərsən?
Belə vəziyyətdə, mən yalnız özümə cavabdeh ola bilərəm deyə cavab vermişəm. Ancaq Dəyanət müəllim haqqında əminliklə deyə bilərəm ki, tutduğu bütün vəzifələrdə səlahiyyəti daxilində hər zaman vicdanlı, təmənnasız və ədalətli olub, təhsilin inkişafı, gələcək nəslin savadlı, vətənpərvər ruhda böyüməsi üçün maksimum bacarıqları ilə çalışıb.
Aydındır ki, indi bütün peşələrdə öz sahəsini mükəmməl bilən, rəqabətqabiliyyətli kadrlara ehtiyac vardır. Ancaq fikirləşirəm ki, təhsil sahəsini, gələcəyimizin qurucusu olan gənc nəsilin təlim, tərbiyəsi kimi strateji sahəni yönəldən, idarə edən şəxslər, bu sahədə bütün pillələrdə işləyən məmurlardan nazirə qədər hər biri peşəkar bacarıqları ilə bərabər, digər sahələrdə çalışanlardan daha çox, həm də dəyərlər daşıyıcısı, əsil İNSAN olmlıdırlar. Axı, bütün peşələrdə çalışanlar təhsil sistemində yetişir, tərbiyə olunur, formalaşır.
Təhsil sistemində əməlləri, davranışı, şəxsiyyəti və fəaliyyəti ilə nümunə, örnək ola bilən insanlar əvəzolunmaz simalardır, onlar həmişə lazımınca dəyərləndirilməli, qorunmalıdır.
Xatırlayıram, təhsilin idarə olunması sahəsindən zamanla elə şəxslər ayrılıb, gedib ki, onların yeri həmişə görünür, əvəzediciləri yoxdur.
Qırx ilə yaxın təhsil sahəsində idarəetmə strukturunda çalışan, bu sahədə yuxarı səviyyədə idarəetmə pillələrində işləyən şəxslər haqqında müəyyən qədər məlumata malik olan biri kimi tərəddütsüz deyə bilərəm ki, Dəyanət müəllim bütün parametrlər üzrə bacarığı, o cümlədən şəxsiyyəti ilə nümunə olan, təhsil sahəsində az saylı dövlət məmurlarından biri olub. Onun təhsildən getməsi təhsilimiz üçün sıradan bir hadisə deyil...
Düzü, yaxından tanıdığıma görə onu təhsil sahəsində daha yüksək üst qrumlarda görmək doğru olardı deyə düşünürəm...
Əlbəttə, Dəyanət müəllim TƏBİB- də işləməyə dəvət olunub və könüllü olaraq daha yüksək bir vəzifəyə gedib. Ancaq təhsilimizin təssübkeşi olan heç kimi belə bir dəyərli təhsil işçisinin getməsini istəməzdi... Əminəm ki, onu dəyərləndirib dəvət edənlər çox ağıllı şəxslərdir.
Qısaca olaraq xatırladaraq bilməyənlər üçün qeyd edim ki, Fərzəliyev Dəyanət Xaliq oğlu hər şeydən əvvəl bütün parametrlər üzrə yaradıcı, nümunəvi müəllim, təhsil işçisi olduğunu təsdiq edib. Təsadüfi deyil ki, 2014-2015-ci tədris ilində respublika səviyyəsində “İlin Ən Yaxşı müəllimi”müsabiqəsinin qalibi olub.
2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi “Təhsil Meneceri” müsabiqəsinin bütün mərhələlərindən uğurla keçərək bir sıra rayonlar üzrə "Təhsil Meneceri" təyin olunmuşdu.
2017-2018-ci illərdə Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci və 2-ci qrant müsabiqəsi”nin qalibi olub.
Uzun illər təhsilin müasir tələblərinə aid mövzular üzrə respublikada təlimçi kimi fəaliyyət göstərib.
2019-2021-ci illər Təhsil Nazirliyi, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin respublikamızın bir sıra rayonları üzrə layihə koordinatoru kimi fəaliyyət göstərmiş və Təhsil Nazirliyinin regionda keçirdiyi bütün tədbirlərin əsas təşkilatçılarından biri olmuşdur.
23 iyun 2022-ci il tarixdən bəri Qarabağ Regional Təhsil İdarəsində inzibati təşkilat sektorunun müdiri vəzifəsində çalışırdı.
İndi isə artıq başqa bir sahədə TƏBİB- də fəaliyyətini davam etdirəcək. Tam əminəm ki, burada da az vaxtda uğur, hörmət qazanacaqdır.
Şübhəsiz ki, Dəyanət müəllim harada olmasından asılı olmayaraq son günlər sosialda, şəxsi səhifəsində qeyd etdiyi kimi ruhən təhsildən ayrılmır: "Hansı sahədə çalışmağımdan asılı olmayaraq, hər zaman təhsilin inkişafına dəstək göstərməyi özümə borc bilirəm".
Hörmətli Dəyanət müəllim!
Sizi yeni təyinatınız münasibətilə təbrik edirəm, yeni sahədə nailiyyətlər arzulayıram! Qazanan TƏBİB, bütün hallarda Azərbaycanımızdır!
Böyük amallar naminə uğurlarınız davamlı olsun!
Vahid Tağıyev
MİAA.Z
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib