Konfrans Liqası: "Araz-Naxçıvan" tur adladı (YENİLƏNİB)

img

31-07-2025 [23:58]


Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin revanşında "Araz-Naxçıvan" Yunanıstanın "Aris" komandası ilə səfərdə qarşılaşıb.

Mia.az xəbər verir ki, oyunun 11-ci dəqiqəsində komandamız hesabaı açıb.

38-ci dəqiqədə komandamız daha bir qola imza atıb - 0:2.

52-ci dəqiqədı "Araz" azlıqda qalıb. İqor Reberio qırmızı kartla meydandan qovulub.

62-də isə yunanlar fərqi azaldıb - 2:1.

90-cı dəqiqədə hesab bərabərləşib - 2:2.

Oyun bu hesabla başa çatdığından "Araz" tur adlayıb.

Qeyd edək ki,  ilk oyunda "Araz Naxçıvan" 2:1 hesablı qələbə qazanıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA