Ceyhun Mollazadə öz “Sazz”ının nazıyla bizi nə qədər oynadacaq? - İnternet provayder abunəçiləri 191-ə "dolayıb"
28-07-2025 [13:29]
“Sazz” bu ölkədə ən yiyəsiz internet provayderdi.
Mia.az xəbər verir ki, adıçəkilən provayderdən şikayətlərin ardı-arası kəsilmir.
Nə əlaqə vasitələri var, nə də ofisləri kim idarə edir, bilinmir. Yalnız internet satıb pul qazanırlar. Açıq virtual resurslarda idarəçilərdən bir nəfərin də adına rast gəlmirsən. Arada yeni stansiyalar açıb xəbər yayırlar aləmə, bunları da kimin açıqladığı bəlli deyil. Şirkət bir sirr dağarcığıdır.
Heç abunəçilərinin sayı da bəlli deyil. Heç bir yerdə açıqlanmır. Bəzi mənbələrdə bu informasiya üçün pul ödəməlisən. Müəmma bir şirkət. Öz işçilərinin sayı 4000 nəfərə yaxındı. Amma abunə sayı? Onların bazar payı? Bu barədə konkret rəqəmlər heç bir açıq mənbədə yoxdu. Dataxis və digər analitik platformalardan da belə məlumatları yalnız ödəniş əsasında ala bilərsən. Məsələn, mən gərək Dataxis, BuddeComm və ya digər telekom-bölüm analitiklərinin ödənişli hesabatlarına abunə olum ki, Sazzın abunəçilərinin sayı barədə məlumat alım. Əvəzində onların texnoloji məlumatları hər yerdə adamın gözünə girir. Xidməti satarkən hər dona girirlər.
Hara qaçıb gizlənib Sazz bütün ictimai resurslardan? Özünün bərbad işini ört-basdır etməkçünmü? İnternet sorğularda guya “SAZZ-ın müştəri xidməti departamenti” adlanan bir yer çıxdı qabağımıza, amma nə fayda? Heç bir aktiv əlaqə nömrəsi yoxdu.
Nə gözəldi bu məmləkət? Ceyhun Mollazadə deyilən biri oturub Amerikada, pul dəzgahı da burada partapart işləyir.
Əvvəlcə abunəçiləri minbir yolla tovlayırlar: elə sosial şəbəkələrdən, intetnet üzərindən şirin kampaniyalar aparır, müştəri toplayıb aradan çıxırlar. 191-in əlində əsəbin, konturun və pulun gedir. Abunəçilərin xeyir-şərinə dönüb 191 qaynar xətti: camaat bundan başqa qapı tanımır.
Bu nə tələdisə, onu Ceyhun Mollazadə yaxşı qurub. Necə olmasa, keçmiş diplomatdı, təmkinlə pul qazanmağı yaxşı bilir. Qardaşı Asim Mollazadə də pis yaşamır, illərdi, deputatdı.
Məncə, C.Mollazadənin bu dəzgahının içinin araşdırılmasının vaxtıdı. Bu qədər harınlıq yetər. Ən azından İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə dövlət qurumları hərəkətə keçsin. Biz də araşdırmalarımızı davam etdirək.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub