Qəzzada daha 44 nəfər ölüb - Aralarında uşaq və qadınlar da var

img

24-07-2025 [09:26]


İsrail Qəzza zolağının müxtəlif bölgələrinə növbəti dəfə zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə idarəsi son məlumatı açıqlayıb.

Bildirilib ki, Qəzzanın mərkəzindəki Nusseirat Qaçqınlar Düşərgəsi, Zuveyda qəsəbəsi, şimalda Tuffah məhəlləsi, Əl-Dərrac məhəlləsi, cənub-qərbində Tel əl-Hava məhəlləsi, həmçinin Xan Yunus, Əl-Şati Qaçqınlar Düşərgəsi və digər bölgələr axşamdan bombalanıb: "Nəticədə ümumilikdə 44 nəfər həlak olub. Onalrın arasında qadın və uşaqlar da var".

Məlumatda deyilir ki, 150 nəfərdən çox mülki şəxs isə yaralanıblar.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR