Türkiyədə dəhşətli hadisə: 10 yanğınsöndürən meşə yanğınında ölüb

img

24-07-2025 [00:04]


Türkiyədə meşə yanğını bölgəsində dəhşətli hadisə yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Əskişəhər bölgəsinin Seyitqazi rayonunda baş verib.

Məlumata görə, meşə yanğının söndürülməsinə qatılan 10 yanğınsöndürən həyatı ilə vidalaşıb, 7 nəfər isə müxtəlif yanq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib: "Onlardan biri reanimasiyadadır..."

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı Ankara Yanğın İdarəetmə Mərkəzində meşə yanğınları ilə bağlı mətbuat konfransında bildirib ki, Əskişəhərin Seyitqazi rayonunda başlayan və Afyonkarahisar sərhədinə qədər uzanan yanğında iştirak edən 19 meşə təsərrüfatı işçisi, 5 AKUT üzvü və digər 24 əməkdaş küləyin ani dəyişməsi ilə alov içində qalıblar: "Təəssüf ki, onlardan 14-ü müxtəlif ağır xəsarətlərlə xəstəxanalarda müalicə alır. Təəssüf ki, 10 nəfər Allahın rəhmətinə qovuşub....".

Zülfiyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:39 23.07.2025

Hərbçimiz vəfat edib