Arda Turan: ""Beşiktaş"la öz evlərində oynamaq çətindir"

img

24-07-2025 [09:47]


"Şaxtyor"un baş məşqçisi Arda Turan jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamasında bu sözlərə yer verib:

"Bu, mənim üçün böyük tarixə malik olan bir stadionda xüsusi bir hekayə olacaq. Bura “Şaxtyor”un baş məşqçisi kimi gəlmək həyəcanvericidir. Mən çox həyəcanlıyam. "Beşiktaş" klubu, tarixi, mədəniyyəti, məşqçisi, futbolçuları ilə önəmli klubdur. Yaxşı olmadıqları mövsümlərində belə, "Fənərbağça", "Qalatasaray" və "Atletik Bilbao"nu məğlub etdilər. Bu stadionda düzgün anları oynamaq lazımdır. Onların hadisələrin gedişatını dəyişə biləcək çoxlu oyunçuları var. "Beşiktaş"la öz evlərində oynamaq çətindir. Gələcəkdə böyük uğurlar qazanmaq istəyirik. Hər matçda qalib gəlmək üçün oynayacağıq."

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR