İmamoğlunun ətrafı "daranır" - Daha 18 nəfər həbs olunub

img

18-07-2025 [09:39]


Əkrəm İmamoğlunun müxətlif ittihamlarla həbsindn sonra onun İstanbul Böyükşəhər Bələdiyyəsindəki tərəfdarlarına qarşı əməliyyat davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində daha 18 nəfər “rüşvət vermə”, “rüşvət alma” və “tenderi saxtalaşdırma” maddələri ilə saxlanılıb.

Məlumata görə, ifadələri alındıqdan sonra məhkəməyə sövq edilən həmin şəxslər haqqında həbs qətimkan tədbiri seçilib.

Xəbərdə həbs edilənlərin adları açıqlanmayb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR