Milli-mənəvi dəyərlər və müasirlik
CƏMİYYƏT
16.07.2025, 08:42
“Bu danılmaz bir həqiqətdir ki, milli-mənəvi dəyərlər hər bir xalqın kimliyini, tarixini və mənəvi irsini formalaşdıran əsas sütunlardır. Bu dəyərlər əsrlər boyu formalaşaraq xalqın düşüncə tərzinə, gündəlik həyatına və gələcək nəsillərə ötürdüyü mənəvi kodlara çevrilir. Tarixən müxtəlif dövrlərdə baş verən işğallar, o cümlədən müasir dövrdə qloballaşma və mədəni təsirlər fonunda belə bu dəyərlər xalqı ayaqda saxlayan, milli bütövlüyü qoruyan güclü bir istinad nöqtəsi olur”.
Mia.az xəbər verir ki, bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
Onun sözlərinə görə, müasir dövr milli-mənəvi dəyərlər müstəqil siyasət yeridən milli dövlətlər və o dövlətlərin vətəndaşları üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir:

NADİR AZƏRİ
“Çünki texnoloji yeniliklərin, belə deyək ki, informasiya partlayışının, qlobal inteqrasiyanın və sosial dəyişikliklərin intensiv yaşandığı bir mərhələdəyik. Belə bir zamanda atılacaq hər bir addım bizə ya müsbət, ya da mənfi nəticələr vəd edir. Əgər biz proseslərin axarına düşərək, hər şeyi “özbaşına” buraxsaq bu zaman ciddi təhlükə ilə baş-başa qala bilərik. Çünki bu zaman bütün dəyərləri yox etməyə cəhd göstərən bəlli qlobal güclərin əsas hədəfində olan gənc nəsil, yumsaq ifadə etsək müdadiəsiz, milli-mənəvi cəhətdən imunitetsiz qala bilər. Yox, əgər milli-mənəvi dəyərlərlə müasirliyin sintezini uğurla reallaşdıra bilsək, o zaman narahatlığa əsas olmayacaq. Çünki bu sintez cəmiyyətin dayanıqlı inkişafı üçün strateji əhəmiyyət daşıyır ki, bu sırada da gənclər xüsusilə diqqət mərkəzində olmalıdır”.
Nadir Azəri deyib ki, məsələnin bu dərəcədə kəskin və açıq qoyulması təsadüfi deyil:
“Çünki proseslər bir tərəfdən dünyada mədəniyyətlərarası dialoqu, elmi biliklərin və texnoloji nailiyyətlərin sürətlə yayılmasını təşviq etsə də, digər tərəfdən yerli mədəniyyətlərin, milli dəyərlərin və mənəvi irsin assimilyasiyaya uğraması riskini də artırır. Xüsusilə gənc nəslin formalaşma mərhələsində olduğu nəzərə alınarsa, bu cür xarici ideoloji və mədəni təsirlərin onların dünya görüşünə, dəyər sisteminə və milli kimlik şüuruna mənfi təsir göstərmək ehtimalı daha da yüksəlir. Məhz bu səbəbdən, qloballaşmanın yaratdığı çağırışlara qarşı ideoloji, mənəvi və mədəni immunitet formalaşdırmaq müasir cəmiyyətlərin qarşısında duran əsas strateji məsələlərdən birinə çevrilib. Hesab edirəm ki, bu kontekstdə gənclərdə milli şüurun formalaşdırılması, vətənə bağlılıq hissinin inkişaf etdirilməsi və mənəvi dəyərlərin erkən yaşlardan aşılanması xüsusi önəm daşıyır. Məhz bu, onların xarici ideoloji təsirlərə qarşı müqavimət qabiliyyətini yüksəltməklə yanaşı, şəxsiyyət olaraq milli kökə bağlı, lakin qlobal proseslərə adaptasiya ola biləcək şəkildə yetişməsini təmin edir”.
İctimai Birlik sədri bildirib ki, bu məsələdə təkcə ailə deyil, eyni zamanda təhsil sistemi, media, dövlət siyasəti və ictimai institutlar üzərinə ciddi vəzifələr düşür: “Təbii ki, Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən davamlı addımlar atılır. Həmin addımlara keçməzdən öncə mən iki xarici ölkənin timsalında nümunə gətirmək istəyirəm. Məsələn, Yaponiya texnoloji cəhətdən dünyanın ən qabaqcıl ölkələrindən biri olmasına baxmayaraq, gənclərin təhsilində və gündəlik həyatında ənənəvi dəyərlərə - kollektivçilik, ailəyə hörmət, milli irsə sadiqlik kimi prinsiplərə xüsusi önəm verilir. Yaponiya məktəblərində şagirdlər təkcə elmi biliklər deyil, eyni zamanda milli adət-ənənələr, etik davranış qaydaları və ictimai məsuliyyət hissi ilə tərbiyə olunurlar. Nəticədə bu ölkədə yüksək texnologiya ilə qədim dəyərlər yanaşı mövcuddur”.
Misal çəkilən digər ölkə is Cənubi Koreyadır: “Məlumatlar əsasən Cənubi Koreyada da gənclər yüksək elmi və texniki hazırlıqla yanaşı, konfutsi ənənələrinə əsaslanan mənəvi və əxlaqi sistem üzrə tərbiyə olunurlar. Bu ölkədə dövlətin informasiya məkanını müəyyən qədər tənzimləməsi, milli dəyərlərin pop-mədəniyyətlə sintez olunaraq gənclərə təqdim edilməsi nəticəsində həm milli kimlik qorunur, həm də qlobal arenada rəqabətə davamlı gənclik yetişir. Bir sözlə, birmənalı şəkildə qeyd edə bilərik ki, gənclərin xarici təsirə boyun əyməməsi üçün milli şüurun, vətənə bağlılığın və mənəvi dəyərlərin təməlini erkən yaşlardan qoymaq vacib şərt kimi çıxış edir”.
Fikirlərini davam edən N.Azəri deyib ki, bütün bunları qeyd etməklə yanaşı, Azərbaycandakı durumun üzərində xüsusilə durmaq yerinə düşər.
Qeyd edilib ki, Azərbaycan gəncliyi həm milli, həm də qlobal məsələlərə dair bilik və bacarıqlara sahib olmaqla yanaşı elmi və intellektual səviyyədə dünyanın digər ölkələrinin gəncləri ilə rəqabət aparmaq qabiliyyətini özündə əxz edir: "Milli vətənpərvərlik amili isə xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti və immüniteti artırır. Ümumilikdə çəkinmədən qeyd edə bilərək ki, Azərbaycan gəncliyi həm milli, həm də qlobal çağırışlara cavab verə biləcək potensiala malikdir. Gənclərimiz artıq yalnızca ölkə çərçivəsində deyil, beynəlxalq səviyyədə də özünü təsdiq edən, elmi, texniki və intellektual bacarıqlara sahib bir nəsil kimi formalaşmaqdadır. Onların informasiya texnologiyalarına bələdliyi, dil bilikləri, təşəbbüskarlığı və yaradıcılığı müasir dünyada fəal iştirak etməyə imkan yaradır.
Ancaq bu imkanların dəyərli nəticələrə çevrilməsi üçün gənclərin milli kimliyə, vətənə, ailəyə və tarixi köklərə bağlılıqları həlledici rol oynayır. Çünki milli vətənpərvərlik hissi təkcə emosional bağlılıq deyil, həm də xarici zərərli ideoloji və mədəni təsirlərə qarşı ideoloji bir müqavimət və müdafiə mexanizmi funksiyasını yerinə yetirir. Buna görə də, milli şüurun formalaşdırılması yalnız bir vətənpərvərlik çağırışı kimi deyil, həm də cəmiyyətin ideoloji təhlükəsizliyi və sabit inkişafı baxımından strateji əhəmiyyət daşıyan məsələ kimi qiymətləndirilməlidir".
N.Azəri əlavə edib ki, dövlət bu istiqamətdə bir sıra mühüm addımlar atır – Gənclər Fondu, ASAN Könüllüləri, "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti"nin maarifləndirici proqramları, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələri çərçivəsində reallaşdırılan layihələr gənclərin milli dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayır.
Yenə fikrimizin əvvəlinə qayıtsaq vurğulamalıyıq ki, müasir Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasını və onların inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ulu Öndər Heydər Əliyev milli-mənəvi irsə hər zaman yüksək dəyər vermiş, bu dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsini milli təhlükəsizlik məsələsi kimi dəyərləndirib.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da dərinləşdirilir. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında milli ruhun gənc nəslin tərbiyəsindəki roluna xüsusi önəm vermiş, bu məsələni sadəcə çağırış kimi deyil, ölkənin gələcək inkişafı üçün həlledici amil kimi dəyərləndirmişdir: “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”.
N.Azərinin qənaətinə görə, qlobal çağırışlar qarşısında uduzmamaq üçün gənclər həm intellektual potensiala, həm də güclü mənəvi dayaqlara malik olmalıdırlar: “Xüsusilə müasir dövrdə xarici ideoloji təbliğatlar, süni mədəni modellər və yad həyat tərzi cəmiyyətin əsas sütunlarını sarsıtmaq potensialına malikdir. Xaricdən gələn ziyanlı ideoloji təbliğatlar bütövlükdə milli cəmiyyətin inkişafına, milli maraqlara bağlılığa xələl yetirə bilər. Bu təhlükənin qarşısını almaq üçün gənclər paralel olaraq dünya ilə inteqrasiyada milli maraqları, milli kimliyi və milli ruhu qoruma bacarıqlarını inkişaf etdirməlidirlər. Bu mühüm nəticəyə nail olmaq üçün isə həm təhsil, həm də ailədə verilən tərbiyə milli ideallar və dəyərlər üzərində qurulmalıdır. Təhsil sistemi təkcə elmi biliklərlə kifayətlənməməli, eyni zamanda milli ruh, vətənpərvərlik, tarixi yaddaş və mədəni kimlik aşılamalıdır. Ailə isə uşağın ilkin şəxsiyyət təməlini formalaşdırdığı üçün onun mənəvi dünyasının, dəyərlər sisteminin əsas mənbəyidir. Əgər bu iki sahədə – məktəbdə və ailədə – eyni istiqamətdə iş aparılarsa, milli ruhda yetişən, müasir çağırışlara cavab verən sağlam gənclik formalaşar”.
İctimai Birlik sədrinin qənaətinə görə, bununla yanaşı, müasir texnologiyaların və rəqəmsal platformaların düzgün istifadəsi milli-mənəvi dəyərlərin təbliği üçün mühüm imkanlar açır:
“Azərbaycan muğamı, xalçaçılıq sənəti, aşıq yaradıcılığı kimi mənəvi irs nümunələri UNESCO səviyyəsində tanınmaqla yanaşı, sosial şəbəkələr və internet vasitəsilə də geniş auditoriyalara çatdırılır. Bu isə milli-mədəni irsin qloballaşma prosesində assimilyasiyaya uğramadan yaşaması üçün yeni vasitələr yaradır”.
N.Azəri mövzu ilə bağlı olduqca həssas bir məqama da toxunub: “Bütün bunları qeyd etməklə yanaşı, gəncləri və milli-mənəvi dəyərləri hədəfə alan, manipulyasiya edən təhlükəli bir məqamı da vurğulamaq lazımdır.
Bəlli olduğu kimi, müasir dünyada "demokratiya", "insan haqları", "azadlıq" kimi bəşəri dəyərlər bəzi transmilli qeyri-hökumət təşkilatları və fondlar tərəfindən məqsədli şəkildə manipulyasiya alətinə çevrilmişdir. Özlərini beynəlxalq hüquq və humanizm daşıyıcısı kimi təqdim edən bəzi xarici təşkilatlar və xüsusilə maliyyə dəstəyini milyarder Corc Sorosun verdiyi müxtəlif "açıq cəmiyyət" fondları, əslində, bir çox hallarda müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə qarışmaq, suveren dövlətlərdə ictimai-siyasi sabitliyi pozmaq, milli dəyərləri və institutları gözdən salmaq məqsədilə fəaliyyət göstərirlər. Bu cür təşkilatların fəaliyyəti bir sıra ölkələrdə dərin ictimai parçalanmalara, gənclər arasında dəyərlər sisteminin deformasiyasına və dövlətlərə qarşı ideoloji sabotajlara səbəb olub. Məsələn, Gürcüstanda 2003-cü ildəki “Qızılgül inqilabı”, Ukraynada 2004-cü ildəki “Narıncı inqilab” və 2013-14-cü illərdəki “Meydan hərəkatı”, Qırğızıstandakı 2005 və 2010-cu il çevrilişləri, Ermənistanda “Sasna Tsrer” hadisələri və sonrakı “məxməri inqilab”, Soros və onun nəzarətində olan təşkilatların birbaşa və ya dolayı maliyyə və ideoloji dəstəyi ilə həyata keçirilmiş hadisələr kimi tarixə düşmüşdür”.
Qeyd edilib ki, bu proseslərdə əsas hədəf gənclər olmuş, “təhsil”, “maarifləndirmə” və “vətəndaş cəmiyyəti quruculuğu” adı altında onların şüuruna ideoloji təsir göstərilmiş, milli identiklikdən uzaq, qlobalist və nihilist baxış bucağı aşılanmışdır. Həmin gənclər daha sonra müxtəlif mitinqlərin və çevriliş cəhdlərinin əsas dayağına, bəzi hallarda isə ölkələrini xaosa sürükləyən proseslərin “ideoloji mühərrikinə” çevrilmişlər.
N.Azəri bu zərərli və dağıdıcı proseslərə qarşı uğurlu siyasət aparan ölkələrin olduğunu da bildirib: “Məsələn Macarıstan bu məsələdə nümunəvi mövqe sərgiləyən ölkələrdən biridir. Baş nazir Viktor Orbanın rəhbərliyi ilə bu ölkədə Sorosun təsir dairəsindəki qurumların fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq olunub, “Mərkəzi Avropa Universiteti” bağlanaraq ölkədən çıxarılıb, gənclərin milli-mədəni dəyərlər əsasında tərbiyə olunması dövlət ideologiyasının əsas prinsiplərindən birinə çevrilib. Eyni yanaşmanı Rusiya da sərgiləyib. Elə Çin Xalq Respublikası da bu məsələyə son dərəcə sərt yanaşma nümayiş etdirir. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ciddi nəzarətdə saxlanılır və xarici fondlardan maliyyələşən strukturlar tam şəffaflığa məcbur edilir. Çinin təhsil sistemində isə gənclərə milli kimlik, dövlətə sədaqət, tarixi yaddaş və kollektiv məsuliyyət hissi aşılanır. Məqsəd aydındır: informasiya müharibələrinin və ideoloji diversiyaların qarşısını almaq”.
N.Azəri vurğulayıb ki, bu mənada Azərbaycan da zamanında ciddi addımlar atıb:
“Lakin bu proses davam etməlidir. Gənclərə bu təşkilatların xarici maraqlara xidmət etdiyini, göründükləri qədər “müstəqil” və “obyektiv” olmadıqlarını, onların “insan haqları” və “demokratiya” kimi dəyərləri sadəcə öz siyasi məqsədləri üçün alətə çevirdiklərini davamlı şəkildə izah etmək vacibdir. Əksər ekspertlərin də vurğuladıqları kimi maarifləndirmə, ideoloji hazırlıq və informasiya müqaviməti bu məsələdə əsas vasitə olmalıdır. Gənclərlə sistemli, davamlı iş aparılmalı, onların milli şüuru, vətənpərvərliyi və mədəni kimliyi gücləndirilməlidir. Təkcə təhsil müəssisələrində deyil, sosial media platformalarında, qeyri-formal təhsil sahələrində, könüllü təşkilatlarda da bu məsələ mərkəzi mövzulardan birinə çevrilməlidir. Təbii ki, QHT sektoru da bu məsələdə ön sırada getməlidir. Çünki unutmaq olmaz ki, milli dəyərlərinə bağlı, qürurlu, savadlı və ideoloji baxımdan dayanıqlı gənc nəsil Azərbaycanın gələcəyinin ən etibarlı təminatıdır”.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması” layihəsi çərçivəsində hazırlanıb və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dövlət orqanlarından “şablon cavab” alan vətəndaş nə etməlidir?
Bugün, 18:12 CƏMİYYƏT
-
BİR DEPUTAT ELMİ RƏHBƏR, DİGƏRİ RƏSMİ OPPENENT... - AAK sədrinin qızı fəlsəfə doktoru elmi dərəcəsi alır
Bugün, 18:05 GÜNDƏM
-
“AzerGold” QSC-də iki nəfər yeni vəzifəyə təyin edildi, bir nəfər isə... - FOTO
Bugün, 17:51 İQTİSADİYYAT
-
Gənclər niyə evlənmir? - Səbəb sevgi deyil, bunlardır
Bugün, 17:48 MƏDƏNİYYƏT
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib (Yenilənib)
Bugün, 17:39 GÜNDƏM
-
Rusiya-Almaniya arasında gərginlik: "Qərb Rusiya ilə razılığa gəlmək əvəzinə, öz şərtlərini tətbiq etmək istəyir"
Bugün, 17:27 SİYASƏT
-
Liviyanın paytaxtındakı neft anbarı dronla vurulub
Bugün, 17:20 DÜNYA
-
Böyük Britaniya Rusiya diplomatını Xarici İşlər Nazirliyinə çağırdı - Moskvaya nota verildi
Bugün, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Bugün, 16:53 İQTİSADİYYAT
-
Ali məktəblərin boş qalan plan yerləri: qəbulun nəticələri açıqlandı
Bugün, 16:46 GÜNDƏM
-
AFFA bəzi klubları cəzalandırıb
Bugün, 16:18 İDMAN
-
70 aptekdə yoxlama aparılıb
Bugün, 16:14 İQTİSADİYYAT
-
Sosial Xidmətlər Agentliyində yeni departamentlər yaradıldı - Təyinatlar
Bugün, 15:50 GÜNDƏM
-
ƏƏSMN sistemində daha bir dəyişklik - Sədrin köməkçisi yeni vəzifəyə təyin edildi
Bugün, 15:29 GÜNDƏM
-
"Fənərbağça"dan səssiz ayrılan Taliska klub rəsmiləri ilə vidalaşmadı
Bugün, 15:20 İDMAN
-
Ukrayna ordusu Soçini bombaladı: çimərlikdəki insanlar qorxuyla qaçdı - FOTOLAR
Bugün, 15:11 GÜNDƏM
-
Ceyhun Bayramov ATƏT rəsmisi ilə görüşüb - XİN-dən açıqlama
Bugün, 15:06 SİYASƏT
-
Pekin Hörmüz boğazının açıq qalmasını dəstəkləyir, amma... - TƏHLİL
Bugün, 15:04 SİYASƏT
-
"Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Bugün, 14:45 İDMAN
-
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar
Bugün, 14:24 MƏDƏNİYYƏT
-
Kiyevdə hərbi qurumlar arasında gərginlik: kəşfiyyatçılar küçədə bir-birinə silah çəkdi - Zelenski faktı "utancverici" saydı, göstəriş verdi
Bugün, 14:07 GÜNDƏM
-
Dilarənin qızı ilə Frankfurt sərgüzəştləri... - FOTOLAR
Bugün, 13:59 ŞOU-BİZNES
-
Dövlət Məşğulluq Agentliyi ofis icarəyə götürüb
Bugün, 13:37 İQTİSADİYYAT
-
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı
Bugün, 13:13 CƏMİYYƏT
-
Paşinyan: "Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır"
Bugün, 13:08 GÜNDƏM
-
Milli Müdafiə Nazirliyi: "Suriyaya dəstəyimiz davam edəcək"
Bugün, 12:54 DÜNYA
-
YAP-ın gecikən növbəti qurultayı: nə vaxt olacaq?
Bugün, 12:29 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:16 CƏMİYYƏT
-
Sabiq Baş nazirə cinayət işi açıldı - Ərdoğanı təhqir etməkdə ittiham olunur
Bugün, 12:14 SİYASƏT
-
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bugün, 11:57 İQTİSADİYYAT
-
Misli Premyer Liqasında IV turun oyunlarına təyinatlar açıqlanıb
Bugün, 11:45 İDMAN
-
Azırbaycan və Litva XİN başçıları müzakirə apardı - Telefonda
Bugün, 11:37 SİYASƏT
-
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 11:19 GÜNDƏM