Mərkəzi Bankdan avronun bahalaşması ilə bağlı açıqlama: "Manatın ucuzlaşması..."

img

09-07-2025 [15:15]


Bu şəraitdə manatın nominal effektiv məzənnəsinin qısamüddətli dövrdə ucuzlaşması avrozonadan idxal olunan mal və xidmətlərin qiymətlərinə məhdud artırıcı təsir göstərə bilər.

Mia.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, təsirin məhdud olmasının üç səbəbi var:

1) bu ucuzlaşma uzunmüddətli deyil;

2) bu məhsullar Azərbaycan iqtisadiyyatının əmtəə və xidmət istehsal, habelə istehlak zəncirində böyük paya malik deyil;

3) bu məhsullar dollara nəzərən valyutası ucuzlaşan digər idxal ölkəsi ilə əvəzlənə bilər.

Məlumat üçün qeyd edək ki, 2024-cü ildə ölkənin ümumi idxalında avrozonanın payı cəmi 12.5% təşkil edib.

Ümumilikdə, Mərkəzi Bank tərəfdaş ölkələrdə gedən prosesləri diqqətlə izləyir, inflyasiyanın risk balansını daim qiymətləndirir və bundan sonra da qiymət sabitliyini təmin etmək məqsədilə arsenalındakı bütün alətlərdən adekvat şəkildə istifadə edəcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA